94 563 manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib
Tarix: 18.10.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN yanında DƏMX-nin vətəndaş müraciətlərinə əsasən, həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Həmin vəsaitin 93,3 faizi əmək haqlarından, 4,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə qanunvericilik əsasında izahatlar verilib.
Hesabat dövründə DƏMX tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Bu məqsədlə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə məlumatlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info