“ABŞ “İŞİD” və təkfirçi cərəyanların yaradıcısıdır”
Tarix: 18.10.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Qarşı tərəf bu planı pozmasa, biz də pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz o planı tikə-tikə doğrayacağıq”.
 
APA-nın məlumatına görə, bu sözləri İranın ali lideri, ayətullah Əli Xamenei Tehranda yüksək elmi intellektə və istedada malik gənclərlə görüşü zamanı çıxışında ölkəsinin nüvə proqramına dair imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının ABŞ tərəfindən pozulması ehtimalı ilə əlaqədar deyib.
 
Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Fəaliyyət Planın icrasının zəruriliyini vurğulayıblar və ABŞ prezidentinin sözlərini pisləyiblər: “Biz bunu alqışlayırıq, amma yalnız “planı cırmasın” demələri kifayət etmir. Birincisi,  Avropa onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi, bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir. Gəlib deməsinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya deməsinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?..” 
 
Ə. Xamenei qeyd edib ki, Qərbin düşmən mövqeyinə baxmayaraq, İran güclü inkişaf edə bilib: “Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtımızı ABŞ prezidentinin boşboğazlığına və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, “İŞİD” və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika “İŞİD”in qarşısında dayanan qüvvənin əlindən əsəbiləşməsin? Əsəbiləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub.  Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. Onlar İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti  axmaqlıq edir, lakin bu, bizi onların hiyləsindən yayındırmasın”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info