Saakaşvili Ukraynada hakimiyyəti ələ almağa çalışır
Tarix: 18.10.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


«Yeni qüvvələr hərəkatı» partiyası Mixail Saakaşvilinin, nəyin bahasına olursa olsun, Ukraynada hakimiyyəti ələ keçirməsini istəyir». Bu fikirləri "Blok Petro Poroşenko" prezident fraksiyasının rəhbəri Artur Gerasimov bildirib. «Mən, əminliklə iddia edirəm ki, nə Saakaşvili, nə də onun tərəfdarları özlərinin təqdim etdikləri tələblərin yerinə yetirilməsinə nail olmaq məqsədi güdmürlər. Onların əsas məqsədi nə yolla olursa olsun, hakimiyyəti ələ keçirməkdir»-deyə Gerasimov əlavə edib.
Bununla bağlı olaraq Gerasimov parlament binasını əhatəyə almış etirazçıları dayanmağa çağıraraq, belə hərəkətlərin "yanlış" olduğunu bildirib.
Qeyd edilməlidir ki, oxşar fikr ölkənin baş naziri Vladimir Qroysman tərəfindən də səsləndirilib. Baş nazirin sözlərinə görə, Ali Rada binası yaxınlığında bəzi nümayişçilər ölkədəki sabitliyi pozmaq üçün çalışırlar. Lakin bunlar arasında olan digər qrup isə səmimiyyətlə ölkədə dəyişikliklər istəyirlər.
Xatırladaq ki, bir gün bundan əvvəl min nəfərdən artıq «Yeni qüvvələr hərəkatı», «Vətən», «Özünə kömək», «Milli Korpus» və bir sıra ictimai təşkilatların nümayəndələri Ali Rada yaxınlığında etiraz aksiyasına başlayıblar.
Etirazçılar millət vəkili toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və korrupsiyaya qarşı məhkəmə yaradılmasını tələb edirlər. Ali Radanın yaxınlığında çadır şəhərciyi quran etirazçılar tələblərinin yerinə yetirilməyəcəyinə qədər parlament banası yaxınlığında gecələyəcəklərini bildiriblər. Bu arada Saakaşvili isə «onların tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, etirazçılar ölkə prezidentinin istefasını tələb edəcəklər»-deyə bildirib. O da qeyd edilməlidir ki, baş verənlər insidentsiz ötüşməyib. Verilən məlumatlara görə, ötən gün etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşma da qeydə alınıb.

Bu arada Ukraynanın Baş prokuroru Yuri Lutsenko Ali Rada yaxınlığında qurulmuş çdırlara heç bir xətər yetirilməyəcəyi barədə məlumat verib. O, bu fikirləri özünün şəxsi «Facebook» səhifəsində bildirib. Baş prokuror, eyni zamanda, vətəndaşlara qarşı fiziki təzyiqlər göstərməyə cəhd edən hüquq-mühafizə orqanları nümayəndələri ilə yanaşı, millət vəkillərinin də ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.
Ukraynalı politoloq, hüquq müdafiəçisi Vladimir Oleynik də «Sputnik» radiosuna verdiyi açıqlamada Ali Rada ətrafında yaşananlarla bağlı mülahizələrini bölüşüb: «Baş verənlər ilk mərhələdə ya heç bir şeylə, ya da Poroşenko üçün pis sonluqla yekunlaşa bilər. Mən bunları deyərkən, ölkədə bütünlüklə hakimiyyətin, parlamentin və prezidentin erkən seçkilərini nəzərdə tuturam. Mən bunu bir daha təkrarlayıram ki, Ukraynada hakimiyyət həmişə böyük mitinq və nümayişlərə maneə törətməyə çalışıb. Ali Radanın divarları yaxınlığında çadırların qurulması isə artıq çox şeydən xəbər verir. Bu, artıq ölkədəki vəziyyətin nəzarətdən çıxması və yeni Maydan dövrünə yol açıldığından xəbər verir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info