Samur çayı üzərindəki yeni körpü 2019-cu ildə istismara veriləcək
Tarix: 18.10.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


"Əminəm ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi sərhəd buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək".
 
APA-nın Dağıstana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi hər iki istiqamətdə sərnişin və yükdaşımaların həcminin daha da artmasına səbəb olacaq: "Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi və sair layihələri göstərmək olar. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi də bu cür layihələrdən biridir. Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bunun sübutu kimi ilbəil sərnişin və yükdaşımaların həcminin artmasını göstərmək olar".

Nazir əlavə edib ki, çayın hər iki sahilində bir-biriləri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.
 
Tədbirdə çıxış edən Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qeyd edib ki, Samur çayı üzərindən yeni müasir avtomobil körpüsünün tikintisinin ərsəyə gəlməsinə səbəb Rusiya ilə Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin həcminin artmasıdır. "Körpünün tikintisinə dair hökumətlərarası saziş 2013-cü ildə iki ölkə başçısının razılığı ilə imzalanıb. O zamandan bəri sənədləşdirmə və layihələndirmə işləri aparılıb, həmçinin maliyyə və təşkilati məsələlərə başlanılıb. Biz səbirsizliklə bu körpü ilə nəqliyyat vasitələrinin hərəkət edəcəyini gözləyirik. Bizim babalarımız tərəfindən inşa edilən körpü beynəlxalq tələblərə cavab vermir. Ümid edirəm ki, 2019-cu ilin yaz aylarında artıq körpü istismara hazır olacaq", - deyə M. Sokolov qeyd edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info