Yardımlının Avur kəndində yeni məktəb binası istifadəyə verilib
Tarix: 18.10.2017 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq, oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Yardımlı rayonunun Avur kənd ibtidai məktəbi üçün inşa edilmiş 20 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə təhsil ocağında keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov kənd sakinlərini, məktəbin müəllim və şagird kollektivini təbrik edib. Prezidentin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan A.Əsgərov dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin simasının dəyişdiyini, müasirləşdiyini, əhalinin rifah halının yüksəldiyini diqqətə çatdırıb. Bildirilib ki, məhz bu inkişaf nəticəsində kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri uğurla həll edilir. Mərasimdə çıxış edənlər ucqar dağ rayonu olan Yardımlının sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən, Dövlət Müstəqilliyi Günü onlara ikiqat sevinc yaşadan dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info