Körfəz dövlətlərindən ölkəmizə gələn turistlərin sayı artır
Tarix: 18.10.2017 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əbdüllətif bin Raşid Əl-Zəyyənin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəhbərlərinin salamlarını dövlət başçısına çatdırıb: “Biz mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndiririk və əlaqələrimizin daha da möhkəmləndirilməsində maraqlıyıq. Bu münasibətlərin inkişafında Sizin rəhbərliyinizə görə minnətdarıq”. Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından önəmlidir. Qonaq deyib ki, sizin gözəl ölkənizə körfəz dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur. Təşkilata üzv dövlətlərlə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini, bu dövlətlərlə güclü siyasi münasibətlərimizin mövcud olduğunu deyən Prezident yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda turistlərə yüksək qonaqpərvərlik göstərildiyini deyib, bunun da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin genişlənməsi işinə töhfəsini verdiyini vurğulayıb. İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu vurğulayaraq bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artdığını məmnunluqla qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq görüb. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini, ölkəmizdə bu yaxınlarda İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək, bu Oyunların İslam ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Söhbət zamanı üzv dövlətlər ilə Azərbaycan arasında hava əlaqələrinin genişləndirilməsinin məqsədəuyğun olduğu qeyd edilib. Sonda Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
04.09.2018
Tarixin və zamanın hökmü
22.07.2018
Heydər Əliyev: Jurnalistlərin ən yaxin dostu
15.07.2018
Keyn şokdadır...
28.06.2018
Messi mühasirədə
30.05.2018
Cənub Qaz Dəhlizi açıldı

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info