Astarada narıngi yığımına başlanılıb
Tarix: 18.10.2017 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar. Bir neçə gündür rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb. Astara Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən il rayonda mövcud olan 1302 hektar narıngi bağlarından 34 min ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 312 sentner olub. Cari ildə rayonda narıngi bağları 400 hektara yaxın artırılaraq 1700 hektara çatdırılıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır. Bu il havaların quraq keçməsi məhsuldarlığa təsir edib. Məhsul istehsalçıları ötən il hər ağacdan 40 kiloqram narıngi yığırdılarsa, bu il bu rəqəm 10 kiloqram azalıb. Fermer Mahir Məmmədov bildirib ki, bazarda narınginin satışı ötən ilə nisbətən ucuzlaşıb. Ötən il 2 manata satılan narıngi bu il 1 manat 50 qəpik - 1 manata təklif olunur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info