Vitold Vaşçikovski: “Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir”
Tarix: 18.10.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Azərbaycan təhlükəsizliyinə, sabitliyinə görə polşalı turistlər üçün maraqlıdır”

Polşa, Baltik dənizi, Ukrayna, Gürcüstan və Azərbaycandan Çinə qədər uzanan nəqliyyat dəhlizi müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb. Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxunub, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir ediblər. Nazirlər regional enerji və nəqliyyat layihələri, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri ilə bağlı fikir mübadiləsi aparıblar. E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb. Görüşdə vurğulanıb ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq və bu xüsusda, bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş gedir. Eyni zamanda, Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfər edəcəyinə dair məlumat verilib. Nazirlər humanitar, turizm, mülki aviasiya və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq, o cümlədən Yaxın Şərqdəki vəziyyət və miqrant məsələlərinə dair fikir mübadiləsi aparıblar.

"Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır"
Elmar Məmmədyarov polşalı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanla Polşa arasında qədim əlaqələr var. Nazir bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi qeyd olunur: "Prezident İlham Əliyev bu ilin iyununda Polşada səfərdə olarkən strateji tərəfdaşlıq sazişi imzalanıb. İki ölkə arasında əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də dərin və genişdir. Polşanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyi birmənalıdır. Buna görə təşəkkür edirəm". E. Məmmədyarov həmkarı ilə görüşdə Polşa, Baltik dənizi, Ukrayna, Gürcüstan və Azərbaycandan Çinə qədər uzanan nəqliyyat dəhlizini müzakirə etdiklərini deyib: "Həm də İran vasitəsi ilə Hindistana gedə bilən nəqliyyat dəhlizi variantı var. Bu məsələni də müzakirə edirik". Nazir qeyd edib ki, Polşa prezidenti gələn ilə Azərbaycana rəsmi səfərə gələcək: "İki ölkə arasında 41 sənəd imzalanıb, 10-dan çox sənədə isə baxılmaqdadır. Gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq. Bu istiqamətdə tədbirlər planı nəzərdə tutulub".

“Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir”
Elmar Məmmədyarov deyib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir. Nazir qeyd edib ki, Azərbaycan Aİ-nın 10 ölkəsi ilə strateji tərəfdaşdır: "Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Düşünürük ki, Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Hazırda enerji sahəsində strateji əhəmiyyətə malik əməkdaşlıq mövcuddur. Bununla belə, bütün sahələri əhatə edən müzakirələrə hazırıq".
Polşa XİN rəhbəri: “Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır”
Polşanın xarici işlər naziri qeyd edib ki, Azərbaycan ölkəsi üçün əhəmiyyətli ölkədir: “Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər”. O bildirib ki, Azərbaycan təhlükəsizliyinə, sabitliyinə görə polşalı turistlər üçün maraqlıdır: “Biz “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik. Hər iki ölkə çətin qonşuluqda yaşayır. Biz bu böhranla üzləşmək və bizim tərəfdən yaranmayan problemlərin həllində ictimaiyyətin rolunu müzakirə etdik. Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info