İspaniya-Kataloniya: ultimatumun vaxtı bu gün bitir
Tarix: 18.10.2017 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


İspaniya hökuməti Kataloniya liderindən muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi barədə izahat gözləyir. “Euronews” telekanalı xəbər verir ki, İspaniyanın Baş naziri Mariano Rahoy bu gün yenidən Kataloniya liderlərini məsələyə aydınlıq gətirməyə çağırıb. “Siz Kataloniyanın müstəqilliyini elan etmişiniz, ya yox? Bu suala cavab vermək axı çox asandır. Əgər müstəqilliyi elan etmisinizsə, hökumət Konstitusiyaya uyğun davranmağa və müvafiq şəkildə hərəkət etmək məcburiyyətində qalacaq. Əgər bunu etməmisinizsə, onda öz fəaliyyətlərimizi parlamentdə müzakirə edərik”, - deyə Rahoy bildirib. Müstəqilliyin elan olunacağı təqdirdə Madrid Kataloniyaya növbədənkənar regional seçkilər keçirməyi təklif etməyə hazır idi. “Kardene ser” radiosunun hökumətdəki mənbəyə istinadla yaydığı xəbərə görə, o zaman muxtar vilayəti Madridin birbaşa idarəsi altına almağa imkan verən Konstitusiyanın 155-ci maddəsi işə salınmaya da bilərdi. Rahoyun müstəqillik məsələsinə aydınlıq gətirməsi üçün Kataloniya hökumətinə verdiyi ultimatumun vaxtı oktyabrın 19-da səhər saat 10:00-da bitir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info