“Cəzaçəkmə müəssisələrində ölüm halları ilbəil azalır”
Tarix: 11.05.2013 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfael Mehdiyev jurnalistlərə açıqlamasında son vaxtlar Azərbaycanda məhkumlar arasında ölüm hallarının artmasına münasibət bildirib.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrində ölüm halları statistik olaraq kəskin aşağı enib: “Həyatda olduğu kimi cəzaçəkmə müəssisələrində də ölüm halları baş verir. Cəzaçəkmə müəssisələrində statistik olaraq ölüm hallarının ilbəil aşağı enməsi dinamikası müşahidə olunur. Tək-tək hallarda ölüm halları baş verir ki, bu da həyatdır, məhbusların içərisində ağır xəstələri olur, bəzən gözlənilməz baş verən ölüm hadisələri də olur. Bir daha deyirəm ki, bu da həyatın bir üzüdür”.
R.Mehdiyev onu da bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə Azərbaycanda Qırğızıstanın penitensiar müəssisələrinin vərəm laboratoriyalarının əməkdaşları üçün təkmilləşmə kursları keçirməyi təklif edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi artıq buna razılıq verib. Ona görə də qırğızıstanlı mütəxəssislərin hazırlığına bu ilin payızında başlanacaq. İdarə rəisinin fikrincə, Azərbaycanın penitensiar müəssisələrində tibbi xidmət sahəsində əldə edilən uğurlar artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən nümunəvi model kimi qəbul edilir. Qırğızıstanlı mütəxəssislər də bu nümunədən bəhrələnmək niyyətindədirlər: “Azərbaycanda cəzaçəkmə müəssisələrində olan tibbi-sanitar hissələrin maddi bazası yüksəldilir, müasir avadanlıqlarla təchiz edilir, kadr potensialının səviyyəsi artırılır, yeni kadrlar qəbul edilməsi və müasir müalicə-diaqnostika metodlarının tətbiqi istiqamətində işlər görülür, digər tərəfdən Səhiyyə Nazirliyinin tibb ocaqlarının imkanlarından da istifadə edilərək məhkumlara tibbi yardım göstərilir. Məhz bunların nəticəsidir ki, mütəmadi olaraq cəzaçəkmə müəssisələrində baş verən ölüm hadisələrinin sayı azalır. Bu hal beynəlxalq ictimaiyyət tərəfindən də çox yüksək qiymətləndirilir. Hətta bir çox ölkələr Azərbaycandakı modeli nümunə olaraq qəbul edir və onu tətbiq etmək istəyirlər".
NIGAR






 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info