“Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir”
Tarix: 19.10.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 26-cı ildönümünə həsr olunmuş "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" adlı tədbir keçirilib.
Tədbirdə ilk olaraq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edib.
Qulu Novruzov Dövlət Müstəqilliyi günü münasibəti ilə kollecin pedaqoji kollektivini və tələbələri təbrik edərək bildirib ki, tarix dəfələrlə sübut etdiyi kimi müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: “Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi”.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan Qulu Novruzov bu gün onun siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə kollecin tarix müəllimi İradə Ağasıyevanın çıxışından sonra söz tələbələrə verilib. Tələbələrin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub. Kollecin tələbəsi Mirələm Mürşüdovun oxuduğu "Ey əziz anam Azərbaycan" mahnısı, ADPK-nın rəqs ansamblının çıxışları və Qobu Mədəniyyət Evinin üzvlərindən Yusif Əmiraslanın , Nurlan Tağıyevin, Gülər Səfərova və başqalarının ifa etdikləri mahnı və rəqslər böyük alqışlarla qarşılanıb.
Daha sonra tədbir ADPK-nın xor müəllimi Şəhla Ələkbərovanın rəhbərliyi ilə xorun çıxışı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info