Səfir: “Azərbaycan ciddi tərəfdaş kimi dünyada öz yerini tutub”
Tarix: 19.10.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri, bu ölkələrin Vaşinqtondakı səfirləri (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan), Gürcüstan və Əfqanıstan səfirliklərinin diplomatları, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, CAMCA proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər şəxslər iştirak edib.

Səfir Elin Süleymanov Ramsfeld Fondunun müvafiq təqaüd proqramında iştirak edən nümayəndələrinin Azərbaycan səfirliyinə səfərinin artıq ənənəyə çevrildiyini deyib. Səfir Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu, apardığı uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verib. Diplomat vurğulayıb ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutub.

E. Süleymanov Azərbaycanın təşəbbüsü və aparıcı rolu əsasında icra olunan enerji və nəqliyyat infrastruktur layihələr danışıb, bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inteqrasiyası baxımından əhəmiyyətini göstərib.

Qazaxıstan səfiri Erzhan Kazıxanov, Tacikistan səfiri Farhod Salim və Qırğızıstan səfiri Kadır Toktogulov bu əlamətdar gün münasibətilə Azərbaycanı təbrik ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info