“Azərbaycanın enerji sistemi Rusiya və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir”
Tarix: 19.10.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


“Ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər enerjisistemin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradacaq”.

Bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.

Müəllif qeyd edib ki, bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir: “Bu məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir. Enerji mübadiləsini və tranzitini həyata keçirən yüksək gərginlikli xətlər yenidən qurulmuşdur və qurulmaqdadır. Onların ötürücülük qabiliyyəti artırılmışdır. Tranzit imkanlarının daha da genişləndirilməsi, enerji sistemləri arasında əlaqələrin sinxronlaşdırılması üçün sabit cərəyan çevirici yarımstansiyanın tikintisi üzərində iş aparılır. Hazırda Azərbaycanın enerji sistemi Rusiya Federasiyasının və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerji sistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir. İranla “ada” rejimində işləmək şərti ilə əlaqə mövcuddur. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycanla qonşu ölkələr arasında yüksək gərginlikli xətlər vasitəsi ilə elektrik enerjisi ixracının əvvəlki dövrlə müqayisədə 300% artmasını, bu ilin birinci altı ayında xaricə elektrik enerjisi satışının dəyərinin 25 milyon dollar təşkil etməsini yüksək qiymətləndirib. Qeyd edək ki, statistikaya görə, doqquz ayın yekununda ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm daha da artacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb
22.05.2019
Prezident Mərkəzi Parkın açılışında iştirak edib
22.05.2019
Ərdoğan: “Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir”
22.05.2019
Avroliqanın final oyunu ilə əlaqədar banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info