Məcburi köçkünlər üçün 11 məktəbdə modul tipli vaqon-sinif otağı quraşdırılıb
Tarix: 19.10.2017 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Kəlbəcər rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında həlli vacib məsələlər müzakirə edilib.
Tədbirdə rayonun idarə, təşkilat və müəssisə rəhbərləri məruzə ilə çıxış edib, ilin sonunadək görüləcək işlərdən danışıblar. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov bildirib ki, cari ildə rayonda sosial-iqtisadi inkişafın təmin edilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi, onlar üçün lazımi şəraitin yaradılması istiqamətində bir sıra işlər görülüb. İlk dəfə olaraq, Bərdə rayonu Lənbərən kəndində yerləşən Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatına məxsus torpaq sahəsinin 19,5 hektarında şəkər çuğunduru, 18,5 hektarında isə pambıq əkilib. Şəkər çuğunduru əkilmiş sahədən 4 min 40 sentner məhsul əldə edilib. Hazırda rayonda əhalinin və fərdi sahibkarların istifadəsində 23 min 228 baş iribuynuzlu, 167 min 112 baş xırdabuynuzlu heyvan var. Cari ildə rayon üzrə bal istehsalı 155 sentner artıb.
2017-ci ilin məhsulu üçün 343,6 hektar sahədə dənli bitkilər səpilib ki, onun da 206,6 hektarını taxıl, 69 hektarını arpa, 68 hektarını isə dən üçün qarğıdalı təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin səpini 31,6 hektar, buğda səpini 114,6 hektar, dən üçün qarğıdalı səpini isə 5 hektar çox olub.
Cari ilin payızında 158 hektar sahədə şum aparılıb. Həmin sahənin 38 hektarına dən üçün arpa, 10 hektarına yonca, 7 hektarına xəsillik arpa səpilib. Təkrar əkin aparılan 40 hektar sahəyə qarğıdalı əkilib, digər sahələrdə isə payızlıq səpini davam etdirilir.
Hesabat dövrü ərzində məcburi köçkünlərə Bərdə rayonunun Cəyirli kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 104 nömrəli ümumi orta məktəbi üçün 6 sinif otağından ibarət bina tikilərək istifadəyə verilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən rayonun 2 ümumi orta məktəbində 2 sinif otağı, 7 ümumtəhsil məktəbinin hər birində 6 sinif otağı, digər 2 ümumi orta məktəbdə isə 8 sinif otağından ibarət 4 modul tipli vaqonlar quraşdırılaraq məktəb kollektivinin və şagirdlərin istifadəsinə verilib.
Goranboy rayonunun Veyisli qəsəbəsində müvəqqəti məskunlaşmış 596 məcburi köçkünün suya tələbatını ödəmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7 kilometr məsafədən qəsəbəyə içməli su xətti çəkilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2 ədəd subartezian nasosu alınaraq məcburi köçkünlərin istifadəsinə verilib. Köhnə Veyisli kəndində müvəqqəti məskunlaşmış 105 ailənin içməli suya tələbatını ödəmək məqsədilə 8 ədəd bulaq tikilərək istifadəyə verilib. Yaxın vaxtlarda kənddə daha bir bulağın tikintisinə başlanılacaq.
Daxili imkanlar hesabına Göygöl rayonu Xasabağı qəsəbəsində müvəqqəti məskunlaşmış 37 ailənin su təchizatını yaxşılaşdırmaq məqsədilə 3 kilometr məsafədən içməli su xətti çəkilərək istifadəyə verilib, daxili xətlər dəyişdirilərək yenisi ilə əvəz olunub.
Gəncə şəhərində 600 ailəlik məcburi köçkün qəsəbəsində Kəlbəcər rayon 5 saylı 50 yerlik körpələr evi-uşaq bağçası cari ilin sentyabr ayından fəaliyyətə başlayıb.
Rayon Mərkəzi Xəstəxanası 70 çarpayılıq olmaqla Gəncə şəhərində, eləcə də Göygöl, Samux, Goranboy, Şəmkir və Daşkəsən rayonlarında müvəqqəti məskunlaşmış 29 mindən çox məcburi köçkünə tibbi xidmət göstərir.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin dəstəyi ilə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və mama-ginekologiya şöbələri üçün 13 otaqdan ibarət yeni bina tikilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info