Bərdədə 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb
Tarix: 19.10.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Cari ilin doqquz ayında Bərdə rayonunda 322,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı 20,5 faiz, sənaye məhsulu istehsalı 16,3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 12,4 faiz, tikinti-quraşdırma işləri 2 dəfə artıb.
Bu faktlar Bərdə rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsində bildirilib ki, ilin ötən dövründə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. Küçə və meydanlara, yolların kənarlarına 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilib. Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilib, Hacılar kəndində süd toplama məntəqəsi tikilib. Bərdə şəhərində 6 ədəd beşmərtəbəli, 2 ədəd ikimərtəbəli kommunal yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunub. Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi başa çatıb. Rayonun Lək, Lənbəran, Qasımbəyli, Piyadalar, Qurdlar, Qullar, Bala Qacar, Məşədiibişli kəndlərində və Təhlə kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazidə elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yuxarı Qarabağ kanalının maşın qolunun, Bərdə-Ağcabədi avtomobil yolunun tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır. Şəhər 2 və 6 nömrəli tam orta məktəbləri, İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir. Rayonun 18 kəndində elektrik şəbəkəsi yenidən qurulur.
Yığıncaqda aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, cari ilin məhsulu üçün 15 min 846 hektar sahədə yazlıq bitkilər əkilib. Hər hektardan 38,3 sentner olmaqla, 53 min 506,3 ton taxıl istehsal olunub. 8518,5 hektar pambıq sahəsində isə yığım davam edir.
Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə rayona 309 baş ətlik-südlük və 41 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib. 6786 baş iribuynuzlu heyvan süni mayalandırılıb, 2903 baş sağlam bala alınıb. Ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta istehsalı 3,4 faiz artıb.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info