MTRŞ ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası əməkdaşlıq edəcək
Tarix: 19.10.2017 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Bu gün Milli Televiziya və Radio Şurasında Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurasının üzvləri Artur Kozma və Kristina Duka ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə Moldovanın Azərbaycanda yeni təyin olunmuş səfiri George Leuka iştirak edib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası və MTRŞ arasında səmərəli əməkdaşlıq qurulduğunu bildirib: "Belə qərara gəldik ki, ikitərəfli əməkdaşlığı daha da genişləndirək və protokol imzalayaq. MTRŞ və Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası eyni funksiyaları həyata keçirir. Ona görə də əməkdaşlığın geniş potensialı var. Artıq protokol hazırdır və biz protokolu imzalamağa hazırıq".

Artur Kozma qurumlara arasında ikitərəfli əməkdaşlıqla bağlı protokol imzalanmasına şad olduqlarını söyləyib: "Bizə yaxın ölkə olan Azərbaycanın bu qurumu ilə əməkdaşlıqla bağlı protokol imzalanmasını yüksək dəyərləndiririk. Bu, gələcək əməkdaşlığımıza daha yaxşı zəmin yaradacaq".

N. Məhərrəmli bildirib ki, müasir dünyada rəqəmsal texnologiya yüksək inkişaf edib: "Biz rəqəmsal texnologiyanın inkişafı ilə ayaqlaşa bilməsək, telekanallarımız üçün çətin olacaq. Bunun üçün müxtəlif ölkələrin təcrübələri öyrənilməlidir. Bu protokolu imzalamaqla biz əməkdaşlıqda yeni mərhələyə keçəcəyik".

George Leuka Azərbaycan və Moldova arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı sahəsində atılan addımları dəstəklədiklərini vurğulayıb.

Daha sonra MTRŞı və Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında əməkdaşlıq protokolu imzalanıb. Sənəd iki qurum arasında təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı treninqlər və seminarların keçirilməsini nəzərdə tutur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info