Təhqirə və böhtana yol verənlər qanun qarşısında cavab verməlidir
Tarix: 11.05.2013 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Vətəndaşların şərəf və ləyaqətlərinin internetdə təhqir edilməsi hallarının sayının getdikcə artması cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Mövcud problemin aradan qaldırılması istiqamətində müəyyən addımların atılmasına ehtiyac var və sözügedən məsələnin hüquqi baxımdan nizamlanmasına zərurət yaranıb. Qeyd edək ki, bu istiqamətdə müvafiq dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisə baş prokuror Zakir Qaralovun imzası ilə daxil olub. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 100 manatdan 500 yüz manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya 6ı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma olacaq.

“Niyə mənim yaxın bir adamımı kimsə
internetdə təhqir etməlidir?”

Millət vəkili Tahir Rzayev bu müraciətin əsaslı olduğunu deyir: “Hər bir insanın şərəf və layaqəti özü üçün əzizdir. Ləyaqəti, namusu olan hər bir insan öz şərəfini, ləyaqətini qorumalıdır. Kimsə demokratiyadan, haqq-ədalətdən çox danışır, bununla pərdəarxası, demokratiya pərdəsi arxasında müəyyən məsələləri ört-basdır etməyə çalışır. Elə düşünür ki, insanı təhqir etmək, böhtan yağdırmaq olar, ailəsini, yaxınlarını rüsvay etmək olar və bunun üçün də heç bir cəza, tədbir görülməməlidir. Bu düzgün yol deyil. İnsanın məsuliyyəti olmalıdır, bu istər məmur, millət vəkili, jurnalist olsun, yaxud adi bir vətəndaş olsun, hər bir sözü üçün məsuliyyət daşımalıdır. Əgər kiminsə səhvi varsa, onu birbaşa üzünə demək olar, yol göstərmək olar. Nöqsanlarını aradan qaldırması üçün müəyyən təkliflər vermək olar. Yoxsa gedib kiminsə həyat yoldaşının, qızının rəsmini çəkib, yaxud həyatda olmayan valideyninin haqqında təhqirlər edilməsini mən qəbul etmirəm. İnsan öz ləyaqəti üçün yaşayır və əgər o, öz ləyaqətini saxlamırsa, heç dövlətin, xalqın, ailəsinin də şərəfini saxlamaz. Ləyaqəti olmayan adam heç nəyi qorumaz, ətrafının da ləyaqətini dərk edə bilməz. Mən istərdim ki, belə adamlar haqqında nəinki cüzi, əksinə çox ciddi tədbirlər görülsün”. Millət vəkilinin fikrincə, əgər kimsə hansısa bir məsələ ilə maraqlanırsa, həmin adam araşdırma aparıb nəticəyə gəlməlidir: “Yoxsa, mətbuatda, saytlarda, digər informasiya vasitələrində kiminsə qızının ünvanına təhqiramiz sözlər yazır və 3 gündən sonra deyir ki, “üzr istəyirəm, bilməmişəm”. Həmin onu yazana heç bir cəza tətbiq edilməsə də, haqqında yazılan insanın sonrakı taleyini nəzərə almaq lazımdır. Mən tərəfdarıyam ki, mətbuat, internet azad olsun və bu gün də azaddır. İstərdim ki, onlara daha geniş imtiyazlar, səlahiyyətlər verilsin ki, Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında olan bütün hadisələrə müdaxilə edə bilsinlər, işıqlandıra bilsinlər. Ancaq düzgün işıqlandırsınlar. Hər bir vətəndaşın kimliyindən asılı olmayaraq məsuliyyyəti olmalıdır və yazdığı yazı, danışdığı söz, götürdüyü hər bir informasiya üçün məsuliyət daşımalıdır. Mən həyatda bir çox hadisələrin şahidi olmuşam. Məsələn, adi bir informasiyadan ailənin dağıldığını görmüşəm. Hətta adi bir informasiyadan insanın infarkt olduğunu müşahidə etmişəm”. T.Rzayev bildirdi ki, əgər Milli Məclis tərəfindən bu istiqamətdə qanun qəbul olunarsa, o da öz sözünü deyəcək: “Bütün insanlara hörmətlə yanaşıram. Ola bilsin ki, Avropada hansısa insan öz valideynlərinin, qohum-əqrəbasının qədrini bilmir, halına yanmır. Ancaq biz azərbaycanlı olaraq böyüyə, ağsaqqala, qadına hörmətimiz var. Niyə mənim yaxın bir adamımı kimsə internetdə təhqir etməlidir. Hansısa bir nöqsanını araşdırıb mənim özümə deməsi başqadır, nəinki internetdə bütün ölkələrə yayması. Sonra üzr istəməsi nəyi dəyişir? Qanundan əvvəl biz insanlığı qiymətləndirməliyik, bilməliyik ki, kimə necə təsir edə bilər. Kiminsə ünvanına yalandan informasiyalar verilirsə, təhqir olunursa, o informasiya şəbəkəsinin də hörməti olmur. Mən tərəfdarıyam ki, əgər cəmiyyətdə neqativ hal varsa, versinlər, ancaq yalan, böhtan məlumatların verilməsinin mən qəti əleyhinəyəm”.

“İnternet şəbəkələrində müəyyən insanlar
bir-birini təhqir etməkdən çəkinmirlər”

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də belə hərəkətlərin yolverilməz olduğunu deyir: “Bu gün normal vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həm dövlət, həm cəmiyyət tərəfindən çox böyük fəaliyyətlər həyata keçirilir. Buna baxmayaraq həm cəmiyyətdə, həm internet şəbəkələrində müəyyən insanlar bir-birini təhqir etməkdən çəkinmirlər. Heç bir insanın başqa bir vətəndaşı təhqir etməsi yolverilməzdir, haqqı yoxdur. İnsanlar ilk növbədə özü buna yol verməməlidir, kiməsə münasibətini, fikrini ziyalı, vətəndaş, gənc kimi mədəni şəkildə bildirməlidir. Hər hansı təhqir metodları ilə biz razılaşa bilmərik. Ona görə də Baş prokurorluğun Milli Məclisə göndərdiyi müraciəti də onunla bağlıdır ki, heç kim heç kimin haqqını tapdalayaraq təhqir edə bilməz. Hər kəs təhqirə yol verirsə, qanun qarşısında cavab verməlidir”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info