Du Can: “Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür”
Tarix: 19.10.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür və bu sahədə əməkdaşlığa hər zaman hazırdır. Bu fikri Çin Dövlət Turizm Administrasiyasının nazir müavini Du Can Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ilə görüşdə deyib. Görüşdə Azərbaycan ilə Çin arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Nazir müavini Du Can sentyabrın 11-17-də Çinin Çendu şəhərində keçirilmiş Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İcraiyyə Komitəsinin sədri qismində iclasın işinə müsbət töhfə verdiyini söyləyib.
Səfir Ə.Zeynallı Azərbaycan və Çin arasında birbaşa təyyarə reyslərinin fəaliyyət göstərdiyini, habelə 2016-cı ildən etibarən Azərbaycan hökuməti tərəfindən çinli turistlər üçün vizaların sadələşdirildiyini diqqətə çatdırıb, iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu bildirib.
Görüşdə Çin ilə Azərbaycan arasında geniş miqyasda turizm mübadiləsinin həyata keçirilməsi istiqamətində müvafiq sənədin imzalanması ilə bağlı müzakirələr aparılıb və hər iki tərəf sənədin ən tez zamanda imzalanması ilə bağlı maraqlarını ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Arakanlı müsəlman immiqrantlar ölkələrinə qayıtmaq istəmir
22.08.2019
Kosovoda növbədənkənar parlament seçkiləri keçiriləcək
22.08.2019
İranda 2 deputat saxlanılıb
22.08.2019
İranda “Baver 373“ hava hücumundan müdafiə sisteminin təqdimatı keçirildi
22.08.2019
ABŞ bu qərarı ləğv etməzsə, Çin tərəfindən sanksiya başlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info