NATO-nun Balkanları işğal planı: sırada Makedoniya və Bosniya və Hersoqovina var
Tarix: 19.10.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Planın final mərhələsi Serbiyanın alyansa üzv edilməsidir: bu gün bunu etmək mümkün deyil, amma Vaşinqton və Brüssel uzaq perspektiv üçün yeni planlar qurmaqla məşğuldur

NATO-nun Balkan ölkələrində həyata keçirdiyi siyasət bu ərazinin “təhlükəsizilk zonası” kimi əhəmiyyətini artırmış olur. Alyans və Rusiyanın ciddi rəqabətdə olduğu bölgədə yeni dövlətlərin “dilə tutulması” siyasəti həyata keçirilir. Birləşmiş Ştatların alyansdakı daimi nümayəndəliyinin başçısı Key Beyli Hatçison bildirib ki, NATO “açıq qapı” siyasətini davam etdirəcək. O, yeni üzv dövlət kimi Makedoniyanın adını çəkib. Hatçison deyib ki, Makedoniya alyansa üzv olmaq üçün müəyyən demokratik standartlara və hərbi normalara cavab verməlidir. Daimi nümayəndə Vaşinqtonun “imtahandan keçəcəyi” halda Makedoniyanın namizədliyini müdafiə etməyə hazır olduğunu bildirib.
Makedoniya dövlət başçısı İvanovun Moskvaya səfərimdən bir ay sonra sifariş yerinə yetirən OCCRP təşkilatının bəyanatı ortaya çıxıb
Bu ilin may ayında Balkanların ərazi baxımından kiçik dövlətlərindən olan Çernoqoriyanın alyansa üzv olmasından sonra sırada Makedoniyanın olacağı gözlənilən idi. 2006-cı ildə keçirilmiş referendumla Serbiyadan “ayrılan” Çernoqoriyada hakimiyyətdə olan Cukanoviç baş nazir və prezident vəzifələrində işlədiyi müddət ərzində NATO-ya istiqamətlənən siyasət həyata keçirib və nəticədə – “imtahan” uğurla verilib. Keçmiş Yuqoslaviya ərazisində müharibə gedərkən Cukanoviç siqaret alveri ilə bağlı saxlanılıb və Neapolda bununla bağlı iş başlanıb. Amma NATO-nun müdaxiləsi ilə iş bağlanıb və müəyyən illər keçdikdən sonra o, Çernoqoriyada hakimiyyətə gətirildi. Nəticə ortadadır – Çernoqoriya əvvəlcə Serbiyadan ayrıldı, daha sonra NATO üzvü oldu. İndi isə sırada Makedoniya var. Artıq bununla bağlı Makedoniyada informasiya-təbliğat kampaniyasına başlanılıb. Vaşinqton tərəfindən bir sıra layihələr ölkənin alyansa daxil olmasına istiqamətlənib. Burada bir məqama diqqət çəkmək lazımdır. Belə ki, ABŞ tərəfindən maliyyələşən korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdırma mərkəzi - OCCRP iyun ayında bəyanatla çıxış edib. Həmin bəyanatda qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları və diplomatları Makedoniyada “Kremlin maraqlarına xidmət edən informasiya yaymaqla” məşğuldur. Sübut kimi altında heç bir imzası, müəllif olmayana və makedon dilində yazılmış məqalə göstərildi. Bununla Rusiyanın Makedoniyada seçkiyə müdaxilə etməsi havası yaratmağa çalışırdılar. Ssenari eynidir- Çernoqoriyada bu texnologiyadan istifadə edildi. Həmin bu OCCRP təşkilatı Azərbaycanla bağlı da qərəzli bəyanatlar səsləndirir.

“ABŞ tərəfindən maliyyələşən korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdırma mərkəzi - OCCRP iyun ayında bəyanatla çıxış edib. Həmin bəyanatda qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları və diplomatları Makedoniyada “Kremlin maraqlarına xidmət edən informasiya yaymaqla” məşğuldur. Ssenari eynidir- Çernoqoriyada bu texnologiyadan istifadə edildi. Həmin bu OCCRP təşkilatı Azərbaycanla bağlı da qərəzli bəyanatlar səsləndirir. Amma Makedoniya və Çernoqoriya təcrübəsi göstərir ki, bu təşkilatın hesabatları qərəzli və sifarişlidir. Onların məqsədi dövlətlərin daxili işlərinə müdaxilə etməkdir. Bunun üçün korrupsiya ilə bağlı saxta “faktlar” icad edirlər”

Amma Makedoniya və Çernoqoriya təcrübəsi göstərir ki, bu təşkilatın hesabatları qərəzli və sifarişlidir. Onların məqsədi dövlətlərin daxili işlərinə müdaxilə etməkdir. Bunun üçün korrupsiya ilə bağlı saxta “faktlar” icad edirlər. Deməli, bu ilin may ayında Makedoniya dövlət başçısı İvanov Moskvaya səfər edərək Putinlə görüşüb. Bundan sadəcə bir ay sonra sifariş yerinə yetirən OCCRP təşkilatının bəyanatı ortaya çıxıb!. Bundan bir qədər əvvəl isə avroatlantik strukturların İvanova kütləvi hücum kampaniyası təşkil edilib. Onlar İvanova təzyiq edirdilər ki, müxalifətə “alban platforması” altında hökumət formalaşdırmağa razılıq versin. Alban partiyası ilə makedon müxalifətinin birgə hökumət qurmasına çalışırdılar. Məqsəd aydın idi – prezident İvanovun və onu müdafiə edənlərin mövqeyini zəiflətmək. Makedoniyada olan alban partiyası qonşu Albaniyadan həm idarə olunur, həm də maliyyələşir. Bəzi dairələr Makedoniyanın albanlar yaşayan ərazilərini perspektivdə NATO üzvü olan Albaniyaya birləşdirmək planı qurur. Vaşinqton və NATO alban azlığından və partiyasından İvanova qarşı təzyiq elementi kimi istifadə edir. Bundan sonra prezident Makedoniyanın bölünmə riski və Vaşinqtonun sifarişlərini yerinə yetirmək arasında seçim etməli idi. Nəticə göz önündədir- yenidən formalaşan hökumətdə müdafiə naziri postunu tutan Radmila Şekerinskaya bəyan edib ki, hökumət Rusiyanın onların daxili işinə müdaxiləsinin qarşısıni almaq üçün bütün güclü ilə NATO-ya daxil olmağa çalışacaq. Ssenari Serbiya ilə Kosovo albanları arasında qurulan oyun və nəticədə Kosovonun müstəqilliyini elan etməsi və Qərb dövlətlərinin dərhal onu tanımasına çox yaxındır. Belqradın etirazlarına baxmayaraq nə vaxtsa Kosovonu da NATO üzvü edəcəklər. İndi namizəd Makedoniyadır.

Bosniya və Hersoqovinanın NATO-ya daxil olması Serb Respublikasının federasiyanın tərkibindən çıxması ilə yekunlaşa bilər
Ondan sonra isə Bosniya və Hersoqovina. Ağ Evin “beyin mərkəzi” adlandırılan “Heritage Foundation” bunu açıq şəkildə yazmaqdan çəkinmir. Amma Vaşinqton və Brüsselin Bosniya və Hersoqovinanı alyansa necə üzv edəcəyi bəlli deyil. Məsələ ondadır ki, ölkə iki bir-birinə düşmən iki cəbhəyə bölünüb- Serb Respublikası (pravoslav serblər) və Bosniya və Hersoqovina Federasiyası (katolik xorvatlar və müsəlman bosniyalılar). Xorvat-müsəlman birliyi NATO-ya can atır. Serb Respublikası isə üzünü Belqrad və Moskvaya tutub. Analitiklər hesab edir ki, Bosniya və Hersoqovinanın NATO-ya daxil olması Serb Respublikasının federasiyanın tərkibindən çıxması ilə yekunlaşa bilər. Yəqin ki, Qərb və Sarayevo bununla razı olmayacaq. Amma serblər də NATO-nun tərkibində olmaq istəmirlər. Ölkənin yerli mətbuatında iki cəbhənin bir-birinə qarşı düşməncəsinə məqalələri yayılır. Sadəcə xırda bir qığılcım kifayətdir ki, yenidən münaqişə alovlansın. NATO-nun Balkanları tam ələ keçirməsinin final mərhələsi isə Serbiyanın alyansa üzv edilməsidir. Bu gün bunu etmək mümkün deyil- Belqradda bu haqda danışmaq siyasi intihara bərabərdir. Amma Brüssel uzaq perspektiv üçün bunun da planını qurmaqla məşğuldur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info