Moskvada 100-dən çox insanı öldürən erməni sürücünün atası da eyni cinayətdə ittiham olunur
Tarix: 20.10.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan daha bir taksi sürücüsü saxlanılıb. APA-nın məlumatına görə, saxlanılan taksi sürücüsü dünən barəsində həbs qətimkan tədbiri seçilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır. Ata Karapetyan da analoji cinayət hadisəsinə görə saxlanılıb. Belə ki, o da müştərilərinə zəhərli su verərək onları qarət etməkdə şübhəli bilinir. Rusiya Daxili İşlər Nazirliyi Moskva şəhəri üzrə Baş İdarəsinin mətbuat xidmətindən 53 yaşlı ata Karapetyanın saxlanılması faktını təsdiq ediblər. Polislər müəyyən ediblər ki, Moskva sakini gecə yaşadığı ünvana getmək üçün taksiyə əyləşib, yolda su içmək istəyib. Bu zaman taksi sürücüsü ona su təklif edib. Zərərçəkən sudan içəndən sonra halı pisləşib. O, huşunu itirib. Zərərçəkən gözlərini açanda artıq evində olub. O, mobil telefonunun itirdiyini anlayıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polislər 53 yaşlı Karapetyanı yaxalayıblar. Onun yaşadığı evdən 20 mobil telefon, 190-dan çox antipsixotrop həb, 98 qol saatı aşkarlayıblar. Qeyd edək ki, dünən Moskvanın Ostankino Məhkəməsi 29 yaşlı Vaaqn Karapetyanı analoji cinayətdə təqsirli bilərək barəsində həbs-qətiimkan tədbiri seçib. Oğul Karapetyan 100-dən çox müştərisini zəhərləyərək öldürməkdə və soyğunçuluqda günahlandırılır. Vaaqn Karapetyan artıq günahını etiraf edib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info