”Armenianreport.com”: ”Rusiyaya məxsus Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanı soyur”
Tarix: 20.10.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Bəllidir ki, Cənubi Qafqaz Dəmir Yolu Ermənistanda böyük zərərlə işləyir. Ermənistanın Milli Təhlükəsizlik Xidməti artıq şirkətin qanunsuz hərəkətlərilə bağlı istintaqa başlayıb.”Armenianreport.com” yazır ki, Cənubi Qafqaz Dəmir Yolunda yaranmış problemlər getdikcə dərinləşir və yeni təzahürlərlə özünü büruzə verir. Lakin bu problemlər hələ də öz həllini tapmayıb. Bu məsələlərin bir çoxu dövri olaraq bəyan edilsə də, Rusiya kapitalı hesabına işləyən şirkətin fəaliyyətində heç bir dəyişiklik özünü büruzə verməməkdədir. Bir müddət bundan əvvəl, «Birinci informasiya» saytı şirkətdəki işçilərin sayının kəskin azaldılması barədə məlumat vermişdi. Bununla yanaşı, sayt şirkətdə iş günlərinin azaldılması, qatarların oğurlanması, relslərin satılması ilə bağlı da öz oxuculrını məlumatlandırmışdı. Bütün bu olaylara baxmayaraq, şirkət rəhbərliyi maliyyə qənaəti adı ilə işçilərə verilən məvaciblərin azaldılması istiqamətində də müəyyən addımlar atıb: ”Artıq şirkət rəhbərliyinin yeni bir üsul taparaq, heç bir şey etmədən, sadəcə olaraq, əlavə pul qazandığı barədə yerli jurnalistlər də məlumatlıdırlar. Özü də bu pullar Ermənistan hesabına qazanılır.”
«Birinci informasiya» saytı dəmir yolu idarəsi hesabatlarında satılan biletlərin, xüsusən də, sərnişin daşımaları ilə bağlı satılan biletlərin çox az olduğunu açıqlayıb. Təbii ki, bu da şirkətin “zərərlə işləməsinin” rəhbərlik tərəfindən edilən etirafıdır:” Maraqlıdır ki, imtiyaz müqaviləsində dəmir yolunda yaranan zərərin bir hissəsinin Ermənistan hökuməti tərəfindən kompensasiya ediləcəyi barədə müddəa var. Əgər Cənubi Qafqaz Dəmir Yolu 2011-ci ildən bəri belə bir zərərlə işləyirsə, deməli, Ermənistan dövləti bu illər ərzində xeyli maliyyə vəsaiti ilə vidalaşmış olub. Rəsmi faktlar isə Ermənistanın subsidiya şəklində şirkətə 2012-ci ildə - 167 milyon dram, 2012-ci ildə- 155 milyon dram, 2013-cü ildə -328 milyon dram, 2014-cü ildə- 536,5 milyon dram, 2015-də 496,5 milyon dram, 2016-cı ildə isə 588,4 milyon dram ödədiyini göstərir.
Bir qayda olaraq, bütün ölkələrdə dəmir yolu ilə sərnişin daşımaları o qədər də qazanc gətirmir, yəni zərər istisna edilmir, lakin bir çox ölkələrdə bu boşluq yük daşınmaları ilə kompensasiya edilir. Amma Cənubi Qafqaz Dəmir Yolunun Ermənistandakı yük daşımaları istiqamətindəki fəaliyyəti də zərərlə həyata keçirilir. Belə görünür ki, məntiqsiz nəqliyyat xərcləri süni şəkildə şişirdildiyindən hər kəs yüklərini maşın və ya başqa vasitələrlə daşımağa üstünlük verir.
Bütün bunlara rəğmən, əsl reallıq Cənubi Qafqaz Dəmir Yolunun həm yük, həm də sərnişin daşınmalarındakı bərbad fəaliyyəti və Ermənistan hökumətinin bu zərərləri kompensasiya etməsidir. Belə görünür ki, dəmir yolunun rəhbərliyi özünün süni şəkildə yaratdığı zərərləri göstərərək, Ermənistan hökumətindən təzminat alır.”

Cənubi Qafqaz Dəmir Yolu 2011-ci ildən bəri belə bir zərərlə işləyirsə, deməli, Ermənistan dövləti bu illər ərzində xeyli maliyyə vəsaiti ilə vidalaşmış olub. Rəsmi faktlar isə Ermənistanın subsidiya şəklində şirkətə 2012-ci ildə - 167 milyon dram, 2012-ci ildə- 155 milyon dram, 2013-cü ildə -328 milyon dram, 2014-cü ildə- 536,5 milyon dram, 2015-də 496,5 milyon dram, 2016-cı ildə isə 588,4 milyon dram ödədiyini göstərir


Bir müddət bundan əvvəl Ermənistan Nəqliyyat Nazirliyinin tapşırığı ilə, dəmir yolunda yoxlama aparan «Birinci informasiya» saytının əməkdaşı təkcə bir istiqamətə gedən qatarda150-dən artıq biletsiz sərnişin aşkar edib. Lakin maraqlıdır ki, heç bir hüquqi qiymət almayan bu yoxlama, sadəcə, bilet satan kassirin işdən qovulması ilə sonuclanıb. Şirkət rəhbərliyi isə bu məsələ ilə bağlı populist açıqlamalar verməklə kifayətlənib. Əslində isə məsələ tamamilə fərqlidir. Belə ki, şirkətdə ölənlərin sayı 2 faiz artıb, sosial proqramlar kəskin şəkildə azalsa da, şirkətdəki 23 menecerin əmək haqları artırılıb. Şirkətin məsul işçisinin bir neçə günlük ezamiyyət xərci şirkətin sıravi tşçisinin bir illik məvacibinə bərabərdir.
Təbii ki, bütün bunlar başadüşüləndir. Məsəl var deyərlər: «Özü yıxılan ağlamaz». Bu yolu Ermənistanın siyasətdən xəbərsiz rəhbərliyi seçib. Onların Cənubi Qafqaz Dəmir Yoluna və ya digər zərərlə işləyən şirkətlərə ödədikləri kompensasiyalar, məlumdur ki, erməni xalqının kürəyindən çıxarılır. Əlbəttə, sadə ermənilər də artıq duruş gətirmək iqtidarında deyillər. Yenə də bunun ən sadə çıxış yolunu ölkədən qaçıb getməkdə görürlər. Ermənistan Milli Statistika Xidmətinin açıqladığı son hesabata görə, ölkə əhalisindəki azalma mənfi miqrasiya saldosu, yəni ölkəni tərk edənlərin sayının ölkədə doğulanların sayından çox olması ilə bağlıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info