Pakistan XİN rəhbəri: “Azərbaycan D-8 təşkilatına üzv qəbul oluna bilər”
Tarix: 20.10.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“Azərbaycanın D-8 təşkilatına daimi üzv olmasını arzu edirik”. Bu sözləri D-8 ölkələri XİN rəhbərlərinin İstanbulda keçirilən görüşündə iştirak edən Pakistan İslam Respublikasının xarici işlər naziri Xoca Məhəmməd Asif APA-nın Türkiyə müxbirinə açıqlamasında deyib. “D-8 ölkələri arasında enerji sahəsindəki əməkdaşlıqdan bəhs etdiniz. Enerji baxımından zəngin olan Azərbaycanın Prezidenti D-8 ölkələrinin İstanbuldakı zirvə toplantısına dəvət edilib. Təşkilatla əməkdaşlıq planları çərçivəsində Azərbaycan bu quruma üzv qəbul edə bilərmi?” - sualına Xoca Məhəmməd Asif belə cavab verib: “Niyə olmasın? Azərbaycan bizə qardaş ölkədir. Təkcə bizə yox, təşkilata üzv ölkələrin hamısına qardaşdır. Siz bu təşkilatın müşahidəçi qismində üzvü olan ölkəsiniz. Tamhüquqlu üzvlük niyə olmasın? Həm bu zirvə toplantısında, həm də gələcək iclaslarda Azərbaycanın üzvlük məsələsinin gündəmə gələcəyinə inanıram”. Üzv ölkələr arasındakı ümumi ticarət dövriyyəsi barədə sualı cavablandıran nazir rəqəm söyləməyib: “Çünki bu ölkələr arasındakı ticarətin fərqli şərtləri mövcuddur. Biz minimal ticarət dövriyyəsinə malikik. Təşkilat kimi bəzi üzv ölkələrin təkbaşına ticarət dövriyyəsindən də geri qalırıq. Məsələn, Türkiyənin, Pakistanın, Malayziyanın, Nigeriyanın əhalisi çoxdur, iqtisadi əlaqələrimizi gücləndirmək üçün bizim geniş infrastrukturumuz var. Ona görə də iqtisadiyyat sahəsindəki əməkdaşlığımızı maksimum dərəcəyə çatdırmağın yollarını tapmağımız lazımdır”. Qeyd edək ki, D-8 1997-ci ildə yaradılıb və Türkiyə, İran, Pakistan, Malayziya, Banqladeş, İndoneziya, Misir və Nigeriyadan ibarətdir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info