Geosiyasi risklər neftin qiymətini artırır
Tarix: 20.10.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Qlobal miqyasda geosiyasi risklərin artması neftin qiymətini artırır. “Goldman Sachs”, neft bazarının İraq, İran və ABŞ-da yüksək gərginliklər səbəbilə artan geosiyasi risklərlə mübarizə etdiyini və risklərin uzunmüddətli neft təklifini təhdid edəcəyini təxmin edir
Neftin qiymətində müşahidə olunan dəyişikliklər neft ixrac edən ölkələrin iqtisadiyyatında müxtəlif tendensiyaların yaşanmasına səbəb olur. Dünya bazarlarında neftlə bağlı istehsal, tədarük, qiymətlərdə dəyişiklik müşahidə edilir. Brent markalı xam neftin bareli, ABŞ xam neft ehtiyatlarının azalması və İraqdakı gərginliyin ardınca beynəlxalq bazarlarda 58,16 dollar səviyyəsində reallaşıb. İki gün öncə 57,78 dollardan başlayan və ən yüksək 58,32 dollara çatan Brent neftinin qiyməti 58,13 dollar olub.
Eyni zamanda Qərb Texas (WTI) tipli xam neftin bareli isə 52,04 dollardan alınıb. Analitiklər, ABŞ-ın xam neft ehtiyatlarındakı azalma və İraqda yaranan sona gərginliyin neft təklifini məhdudlaşdıracağı ilə bağlı narahatlığa gətirib çıxardığını və bu vəziyyətin qiymətlərdə yüksəlişi dəstəklədiyini bildirirlər.

İraq Kərkükdə gündəlik neft istehsalını 1 milyon bareldən çox artırmağı hədəfləyir
ABŞ-ın investisiya bankı “Goldman Sachs”, Yaxın Şərqdə artan geosiyasi risklərin neft bazarına qeyri-müəyyənlik gətirdiyini açıqlayıb. Bankın təhlilinə əsasən, neft bazarı İraq, İran və ABŞ arasındakı gərginliyin yaratdığı geosiyasi risklərlə mübarizə aparır. “Goldman Sachs”, risklərin uzun müddət də neft tədarükünü təhdid edəcəyini qeyd edib. Aralarında Damien Couvalinin də iştirak etdiyi “Goldman” analitiklərinin hazırladıqları araşdırmada qeyd edilir ki, bazarın bu ana qədər vermiş olduğu məhdud reaksiya, ola biləcək istehsal əksikliyi üzərindəki yüksək qeyri-müəyyənlik ilə uyğundur. İstehsalda yeni geriləmələr olduğu müddətdə bazarda daha böyük hərəkətlilik ola bilər.
Son günlərdəki dəyişikliklər, İraq hökumətinin ölkənin şimalında həyata keçirdiyi əməliyyatlar bölgədə istehsal maneələri olacağını göstərir. Lakin Bağdad rəhbərliyi neftlə zəngin Kərkük bölgəsindəki sahələri və müəssisələri İraq Kürd Regional Rəhbərliyindən geri aldıqdan sonra ingilis enerji nəhəngi BP-ni istehsalı yenidən davam etdirməyə çağırıb. İraqın neft naziri Cabar Ali əl-Luaibi, BP-dən Kərkük neft yataqlarını fəallaşdırmaq planlarını tez bir zamanda həyata keçirməsini istəyib. OPEC-in ikinci böyük istehsalçısı olan İraq Kərkükdə gündəlik xam neft istehsalını 1 milyon bareldən çox artırmağı hədəfləyir. Digər tərəfdən, Ağ Ev Tehrana qarşı mövqeyini sərtləşdirir. Bu isə bazarlarda narahatlıq yaradır.
İnvestorların bəziləri neftin qiymətində dəyişikliyin davam etdiyini, bazarların yenidən balanslaşdırıldığını iddia edirlər. Londonda keçirilən konfransda çıxış edən Fransanın enerji nəhəngi “Total”ın prezidenti və baş icraçı direktoru Patrik Pouyanne, bazarların tarazlaşmasının zaman alacağını deyib. Üç ildən artıq bir müddət tədarük çoxluğu yaşandığında bazarın sabitləşməsi üçün vaxt lazım olur. Pouyanne bildirib ki, Səudiyyə Ərəbistanının Kralı tərəfindən bu ayın əvvəlində Moskvaya edilən tarixi ziyarət zamanı tərəflər neft qiymətlərinin yüksək olmasında maraqlı olduqlarını bildiriblər: “Hesab edirəm ki, Səudiyyə Ərəbistanı və Rusiya xam neft barelinin qiymətini 60 dollardan yuxarı səviyyədə hədəfləyir".

OPEC-in baş katibi: Yaxın zamanda balanslaşmış neft bazarı formalaşacaq

“Yaxın zamanda balanslaşmış neft bazarı formalaşacaq”. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib: “Biz şübhə etmirik ki, xam neft bazarı yenidən balanslaşacaq. Çünki qlobal neft ehtiyatları azalmaqda davam edir”. M.Barkindo qlobal neft ehtiyatlarının sentyabr ayında da azaldığını, lakin ehtiyatların hələ də son beş ilin orta göstəricisindən 160 milyon barel çox olduğunu vurğulayıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info