Heydər Əliyev Mərkəzinin təqdimat kitabı nəşr olunub
Tarix: 11.05.2013 | Saat: 01:45:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzinin təqdimat kitabı nəşr olunub. Mərkəzdən verilən məlumata görə, nəşrdə Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, Mərkəzin binasının memarlıq üslubu, arxitektur fəlsəfəsi barədə məlumatlar toplanıb.
Kitabda Mərkəzin konfrans və sərgi zalları, eləcə də digər infrastrukturları barədə informasiyalar da təqdim edilir. Müxtəlif zamanlarda, fərqli rakurslarda çəkilmiş, binanın möhtəşəmliyini və gözəlliklərini əks etdirən fotoşəkillər bu memarlıq incisi ilə yaxından tanış olmağa imkan verir. Kitabın ön sözündə qeyd olunub ki, möhkəm təməl və milli dəyərlər üzərində müasir dövlətin qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam bərqərar olmasına baxmayaraq bu işlərin vahid mərkəzdən idarə edilməsinə ehtiyac duyulurdu. Bu zərurətdən irəli gələrək Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzi yaradılıb. Mərkəzin başlıca vəzifəsi Azərbaycan xalqının Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin araşdırılması, Azərbaycanın milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə təbliğidir. Mərkəz, həmçinin dünya mədəniyyətinin və sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət göstərir, elm, təhsil, iqtisadiyyat və s. sahələrdə araşdırmalar aparır, bu məqsədlə digər ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Mərkəzin bölmələri - Heydər Əliyev Muzeyi, Auditorium, Sərgi zalları barədə məlumat verilir. Kitabda indiyə qədər Mərkəzdə keçirilmiş tədbirlər barədə də informasiyalar öz əksini tapıb. Xatırladaq ki, 2006-cı il dekabrın 29-da yaradılan Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi 2012-ci il mayın 10-da keçirilib. Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Mərkəzdə Heydər Əliyev Muzeyi yaradılıb. Mayın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar. Heydər Əliyev irsinin araşdırılması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin öyrənilməsi baxımından muzeyin interaktiv imkanları, burada toplanmış unikal faktlar və eksponatlar əvəzsizdir. Muzeydə ümummilli liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası sərgilənir. Heydər Əliyevin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın qiymətli nümunələrindəndir. Həmçinin müxtəlif illərdə ümummilli liderin istifadəsində olmuş avtomobillər muzeyin daha çox maraqla qarşılanan eksponatları sırasındadır. Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Mərkəzdə istifadəyə verilmiş sərgi zallarında Azərbaycanın tarixi, mədəni irsi, keçmişinin yaşadılması istiqamətində təqdim olunan layihələr həm də ulu öndərin xatirəsinə bir ehtiramdır. Çünki bu layihələr Heydər Əliyevin daim əsas tutduğu amala-Azərbaycan tarixinin, adət-ənənələrinin öyrənilməsi, yaşadılması, azərbaycançılıq ideologiyasının təbliği və parlaq gələcəyin möhkəm təməllər üzərində qurulmasına yönəlib.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info