Dövlət qulluqçularının sertifikasiyası məsələsinə dair müzakirələr aparılır
Tarix: 20.10.2017 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-də Bakıda Avropa Xarici Fəaliyyət Xidmətinin və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” birinci çoxtərəfli platforması nəzdində yaradılmış dövlət idarəçiliyi islahatları paneli çərçivəsində təşkil olunub.
Tədbirdə DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov bildirib ki, seminarın keçirilməsinin əsas məqsədi dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində müşahidə olunan son yeniliklər, islahatlar barədə Azərbaycan təcrübəsinin Şərq Tərəfdaşlığı ölkələri ilə bölüşdürülməsi, dövlət qulluğuna qəbulun yeni qaydaları, dövlət qulluqçularının sertifikasiyası kimi məsələlərlə bağlı uğurlar və problemlər haqqında fikir mübadiləsinin aparılmasıdır.
Seminarda DİM-in, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təmsilçiləri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməkdaşları iştirak edirlər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info