Patrik Fyuri: “Azərbaycan ABŞ üçün regionda önəmli müttəfiqdir”
Tarix: 20.10.2017 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


ABŞ-ın Los-Anceles Vilayətinin Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan geniş tədbir keçirilib.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğurlu yol və əldə etdiyi nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Torrens şəhərinin meri Patrik Fyuri çıxış edərək, meri olduğu şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.
Sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın bu şəhərdə Azərbaycanın Müstəqillik Günü elan edilməsi haqqında bəyannamə, şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.
Təqdimatdan sonra Azərbaycan və ABŞ bayraqları Torrens Şəhər Meriyası qarşısına gətirilərək, təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında xalqımızın müstəqillik uğrunda şərəfli mübarizəsi haqqında ətraflı danışaraq, dövlət üçün ağır bir dönəmdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin möhkəmləndirilməsi yönündə məqsədyönlü addımların atıldığını və nəticədə çağdaş dövlətçiliyimizin təməlinin qoyulduğunu diqqətə çatdırıb.
N.Ağayev, həmçinin Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra Los-Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez və Los-Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar. Onlar ölkədə müxtəlif dini və etnik mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, Azərbaycanın unikal tolerantlıq modelinin bütün dünyaya nümunə ola biləcəyini bildiriblər.
Qeyd edək ki, 150 minlik əhalisi olan Torrens şəhəri Los Anceles Vilayətinin ən böyük şəhərlərindəndir
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info