7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
Tarix: 20.10.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunan Qazaxıstanın Türküstan şəhərində 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Xoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, İran, Özbəkistan, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrdən türkoloqlar iştirak edirlər.
Konqres istifadəsi getdikcə azalan və yox olmaq təhlükəsi ilə üzləşən türk dillərinin və ləhcələrinin qorunması məsələlərinə həsr edilib.
Tədbirin açılışında çıxış edən Beynəlxalq Qazax-Türk Universitetinin Himayədarlar Şurasının sədri professor Musa Yıldız artıq ənənəvi olaraq təşkil olunan konqresin türk dünyasının müxtəlif ölkələrindən gələn türkoloqlar və elm adamları üçün mühüm müzakirə platformasına çevrildiyini bildirib. O, sıradan çıxmaq təhlükəsi ilə üzləşən türk dillərinin tədqiqi məqsədilə Beynəlxalq Türk Akademiyası və Əhməd Yəsəvi Universitetinin birgə səyləri nəticəsində 4 cildlik böyük ensiklopedik nəşrin hazırlandığını vurğulayıb.
Konqresin ilk günü Beynəlxalq Qazax-Türk Universitetinin Mədəniyyət Mərkəzində Əhməd Yəsəvi Muzeyinin açılışı da olub. Muzeydə Türküstan bölgəsində Xoca Əhməd Yəsəvinin yaşadığı dövrə aid tarixi əsərlər və ortaq türk tarixinin müxtəlif dövrlərini əks etdirən rəsm əsərləri yer alır.
Yeddinci Beynəlxalq Türkologiya Konqresi üç gün davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info