Nağd pula ehtiyac olmayacaq
Tarix: 20.10.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Sinqapur, Hollandiya, Fransa və İsveç kimi ölkələr artıq dünyada ən çox nağdsız əməliyyatların aparıldığı ölkələr arasında liderdirlər

Son zamanlar insanlar onlar üçün yenilik olan kripto valyuta adlı yeni bir məfhum eşitməkdədirlər. Maraqlıdır, axı nədir bu kripto valyuta? Rəsmi mənbələrdə kripto valyuta rəqəmsal valyuta və ya başqa formada desək, vahid bir sikkədən ibarət olan rəqəmli valyutadır. Bu valyutanın başlıca üstünlüyü onun saxtakarlıqdan qoruna bilməsidir, yəni onun sürətini çıxarmaq qeyri- mümkündür.
Belə olan halda, başqa bir sual doğur: dünya həyatına nüfuz etməyə hazırlaşan elektron kripto valyuta adi puldan elektron formada fərqlənirmi? Hələ ki, bu barədə real mülahizələr mövcud deyil. Lakin "kripto valyuta nədir" sualına cavabı sadə sözlərlə "bu, elektron puldur" kimi ifadə etmək olar. Bəzi dairələr dünyanın nağd pula ehtiyacının olub-olmaması ilə bağlı müzakirələr aparır. Əgər tarixə səyahət etsək, ta qədimdən insanlar mübadilə üçün iqtisadi dəyəri olan bir çox şeylərdən istifadə edirdilər. Təbii ki, bura nadir metallar, əl işləri, hətta spirtli içkilər də daxil olub. Vaxt keçdikcə bu əşyalar daha efemer hala gələrək yerini kağız pula verib. Lakin bu da son olmadı. Belə ki, bu gün rəqəmsal formalar getdikcə kağız ödəmələri əvəz etməkdədir. Maraqlıdır, doğrudanmı, nağd pullar, ümumiyyətlə, yox olmaq üzrədir? Qeyd edilməlidir ki, bəzi iqtisadçılar nağd pul olmayan cəmiyyətin əhəmiyyətli üstünlüklərə malik olacağını iddia edirlər. Onlar bunun aşağı əməliyyat xərcləri, iqtisadi böyümənin idarə edilməsi üçün yeni vasitə, vergidən yayınma və pulların yuyulması üçün şəraitin olmaması kimi dəyərləndirirlər. Bəzi tənqidçilər isə bunu təhdid olaraq görürlər. Lakin reallıq budur ki, artıq Sinqapur, Hollandiya, Fransa və İsveç kimi ölkələr dünyada ən çox nağdsız əməliyyatların aparıldığı ölkələr arasında liderdirlər. Qeyd edək ki, İsveç bu variantdan ilk yararlanan ölkə kimi tarixə düşə bilər. Təsadüfi deyil ki, İsveç Mərkəzi Bankının verdiyi rəsmi məlumata görə, hələ 2015-ci ildə ölkənin böyük ticarət şəbəkələrində həyata keçirilən beş əməliyyatdan yalnız biri nağd pulla həyata keçirilib. Maraqlıdır ki, bu hal artıq Asiya ölkələrinə də sirayət etməkdədir. Belə ki, Çinin bir çox şəhər sakinləri artıq nağdsız hesablaşmalarla ödəniş həyata keçirməyə başlayıblar. Onlar bu prosesi mobil telefonlarındakı şifrəli kodlar vasitəsilə həyata keçirirlər. Kredit kartı verən konsorsium hazırda bu təcrübənin dünya miqyasında tətbiq oluna biləcəyini təmin etmək üçün çalışır. Bu gün Hindistanda 255 milyondan artıq insan Çin şirkəti “Alibaba Group Holding” tərəfindən də dəstəklənən “Paytm” sistemindən- virtual pul kisəsi ilə həyata keirilən ödənişlərdən istifadə edir. Bu gün Avstraliyanın “Citibank”ının filialları da müştərilərinin rəqəmsal əməliyyatlardan istifadəyə keçidindən sonra nağd qəbul etməyi dayandırıb. Avropa Mərkəzi Bankı isə 2018-ci ildən sonra 500 milyon avro dəyərində olan banknotların buraxılmasını dayandırmağa qərar verəcəyini bildirir. Bank bu yolla terrorizmin maliyyələşdirilməsinin qarşısını almağın mümkünlüyünü iddia edir. Nağd puldan istifadəni azaldan dövlətlər, vergi ödəməkdən yayınanları və narkotik ticarəti ilə məşğul olanları müəyyən etməkdə o qədər də çətinlik çəkməyəcəklər. Sahibkarlar yalnız əməliyyat xərcləri üzrə pul qazanmaqla yanaşı, həm də ödənişsiz ödənişdən faydalana biləcəklər. Bununla yanaşı, satınalmaların sayının artma ehtimalı da böyükdür. Qeyd edək ki, bəzi iqtisadçılara görə, bu halda mərkəzi bankların tənəzzülə qarşı mübarizəsi daha səmərəli effekt verə bilər. Yeri gəlmişkən onu da qeyd edək ki, “Pravo” qəzetinin sifarişi ilə aparılmış tədqiqatların nəticəsi sübut edir ki, çexlərin 88,4 faizi ölkədə ümumxalq səsverməsi (referendum) tətbiq edilməsini istəyir. Hazırda bu cür səsvermə yalnız diyan və bələdiyyə səviyyəsində mümkündür, ümumdövlət referendumu isə konkret məsələ üzrə xüsusi qanun vasitəsilə elan olunur. Respondentlərin 85,2 faizi Çexiyanın avroya keçməsi məsələsinə mənfi münasibət bildirib. Sorğuda iştirak edənlərin 51,5 faizi vahid Avropa valyutasını qəti qəbul etmir. Rəyi soruşulan vətəndaşların 4,6 faizi Çexiyanın avroya keçidini dəstəkləyir, 14,8 faizi isə bu fikrə müsbət yanaşır. Respondentlərin 48,8 faizi ölkəyə xarici işçi qüvvəsi cəlb edilməsi məsələsinə etiraz edib, sorğuda iştirak edənlərin 51,3 faizi isə buna razı olduqlarını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info