“Media Məktəbi- 3” başlayır
Tarix: 23.10.2017 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Odlar Yurdu” Gənclər İB tərəfindən ənənəvi olaraq həyata keçirilən “Media Məktəbi” layihəsi artıq üçüncü dəfə keçiriləcək. Gənclərin media sahəsində biliklərini artırmaq, mütəxəxssislərin iştirakı ilə təlimləndirmək, həqiqi-praktiki iş şəraiti ilə tanış etmək və media sahəsində çalışmaq istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır.
“Media Məktəbi-3” çərçivəsində medianın müxtəlif sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər və interaktiv çalışma tapşırıqları keçiriləcək. Həmçinin gənclər müxtəlif praktiki fəaliyyətlərlə məşqul olacaq, TV və xəbər saytlarına səfərə gedəcəklər.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki, “Media Məktəbi-1”(2013) və “Media Məktəbi-2”(2016) layihələrinin məzunlarından bir neçə nəfər gənc hal-hazırda müxtəlif media qurumlarında çalışır: “Əlbəttə, bu nəticəni layihənin uğuru kimi qiymətləndirə bilərik. Artıq 3-cü dəfə keçiriləcək “Media Məktəbi” jurnalist olmaq istəyən, media sahəsində çalışmaq istəyən gənclərə faydalı olacaq və bu sahədə potensiallı kadrların üzə çıxarılmasına şərait yaratmış olacaq”. Sədr əlavə edib ki, layihəyə müxtəlif xəbər agentlikləri, televiziya kanalları, qəzet və radio əməkdaşları cəlb olunublar”.
Müsahibə vasitəsilə seçiləcək 30 nəfər gəncin iştirak edəcəyi layihə 3 ay davam edəcək. 5 noyabr tarixində başlayacaq layihədə 17-26 yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak üçün son müraciət tarixi 30 oktyabrdır.Maraqlanan gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSf1mYo7IC0MG6DwH24CRb4nRPtZ2iWjipFEbP-JcXVYvHBNmw/viewform

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info