Tovuzda sarımsaq əkini sahələri genişləndirilir 
Tarix: 23.10.2017 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Tovuzda oktyabrın əvvəlindən sarımsaq əkininə başlanıb. Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yaxşı olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini bir qədər də genişləndirmək fikrindədirlər. Bu sahə üzrə ixtisaslaşan Aşağı Mülkülü kəndində keçən mövsüm 50 hektara sarımsaq səpilmişdisə, bu il əkin sahələri təxminən 2 dəfə genişləndirilib. Qeyd edək ki, ötən il əkin sahələrindən 300 tondan çox sarımsaq istehsal edilmişdi.
Aşağı Mülkülü kənd sakini Nüşabə Tağıyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Keçən il yarım hektar sahədə sarımsaq əkmişdik. Sahələrdən bol məhsul götürdük. Cari ildə sarımsaq əkilən sahələri bir hektara çatdırmaq istəyirik.”
Aşağı Mülkülü kənd sakini Şəbnəm Vəliyeva isə bildirib ki, ötən il 10 sot sahədə sarımsaq əkib. Sahələrdən 600 kiloqram məhsul toplayıblar və kiloqramını 4-5 manata satıblar. Ona görə də bu il sarımsaq sahələrini bir hektara qədər genişləndiriblər.
Tovuzda ötən illə müqayisədə sarımsaq sahəsi 20-30 hektar genişləndirilib. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar səpin prosesini oktyabrın sonunadək yekunlaşdırmağı planlaşdırıblar.
Olduqca gəlirli bitki olan sarımsaq əl əməyi ilə becərilir. Texnika demək olar ki, təkcə şum işlərində kəndlilərin köməyinə yetir.
Soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növü olan sarımsaqdan məişətdə, həmçinin xalq təbabətində geniş istifadə edilir. Mədə-bağırsaq xoralarının müalicəsində, avitaminozda, zob xəstəliklərində istifadə olunur. Sarımsaq bakteriyaya qarşı da qüvvətli təsirə malikdir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
2 Üç müharibə iştirakçısı olan general-mayor
3 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
4 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info