Azərbaycanda fitnesin təbliği sahəsində seminar keçirilib
Tarix: 23.10.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Etika Akademiyasında “Fitnes etikası” adlı seminar təşkil edib. Seminarın əsas məqsədi gəncləri sağlam həyat tərzinə təşviq etmək, fitnesin vacibliyini çatdırmaq və gəncləri bu sahədə maarifləndirmək olub. Əvvəlcə gəncləri salamlayan AGAT sədri Lalə Mehdiyeva bildirib ki, bu cür seminarları təşkil etməkdə məqsəd gənclərin maariflənməsidir. L.Mehdiyeva vurğulayıb ki, fitnesin təbliği sahəsində seminarın keçirilməsi gənclər təşkilatları arasında ilk dəfədir.
Daha sonra seminara başlayan fitnes üzrə ekspert Əkbər Kərim fitnes haqqında məlumat verərək deyib ki, fitnes tək idman olmaqla yanaşı, həm də yaşam tərzidir: “Fitneslə məşğul olan bir kimsə bilməlidir ki, fitnes - sağlam yaşamağın və gözəl görünüşün təminatçısıdır. Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər.Yuxusuzluqdan əziyyət çəkirlər, bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik. Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək -damar sisteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır. İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür”.
Seminar gənclər tərəfindən marağa səbəb olub. Sonda ekspert aidiyyəti mövzu ilə əlaqədar gənclərin suallarına cavab verib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub
16.09.2019
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16.09.2019
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info