“Həmsədrlər söz verib, başqa addım atan Sarkisyan barədə nə düşünürlər?“
Tarix: 23.10.2017 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib".
 
Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
 
N. Məmmədov bildirib ki, dövlət başçısı bir xalqın, dövlətin nümayəndəsidir: "Necə olubsa, həmin xalq bunu seçib, onun ən ləyaqətli insan olduğuna, sözünün üzərində duraraq ölkəni irəli aparacağına inanıb. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə nə baş verib? Uzun müddətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar aparılmırdı, Ermənistan tərəfi buna həmişə mane olurdu.
 
Son görüşdə Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun üç ölkəni təmsil edən həmsədrləri, ATƏT sədrinin nümayəndəsi iştirak edirdi. Bu görüşdə bildirildi ki, uzun müddətdən sonra baş tutmuş bu görüşlə bağlı 3-4 bənddən ibarət fikri dünya ictimaiyyətinə çatdırılsın. Hamı bununla razılaşdı. Əgər Ermənistan prezidenti bununla razı deyildisə, görüşdə bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. Ermənistan prezidenti görüşdə bununla razılaşdı, ancaq görüşdən sonra bir qrup erməni ilə görüşdə əvvəlcə görüşlə bağlı bəyanatı səsləndirdi, sonra da ağlına gələni dedi. Bununla da görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirdi. Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Ancaq Ermənistan prezidenti  həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, görüşdən çıxandan sonra isə riyakarlıq edib, başqa cür danışır. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?"
 
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər: "Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir. Azərbaycan və paytaxtı dünyada ən gözəl ölkələrdən, paytaxtlardan biridir. Əgər dövlət başçısı statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info