Gənclərə iş axtarmaqda kömək edəcək yeni mərkəz
Tarix: 11.05.2013 | Saat: 02:07:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Bakı ofisinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirdiyi “İnnovasiya və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakıda SYSLAB Mərkəzi yaradıb.
Mərkəzin yaradılmasında məqsəd gənclərin iş axtarmaq və iş qurmaq bacarıqlarının inkişafı ilə bağlı təlimlərin təşkil olunması, eyni zamanda şəbəkənin yaradılması və yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı kadrlara iş axtarmaqda köməklik göstərməkdir. SYSLAB Mərkəzinin start verdiyi ilk kursa 40 nəfər gənc qatılıb. Buradakı 4 aylıq kurs müddətində işsizlər və iş axtaranların, bacarıqların artırılması yolu ilə əmək bazarına çıxışın asanlaşdırılması nəzərdə tutulur. Qeyd edək, 2013-2014-cü illərdə bu layihənin Bakıda daha da genişləndirilməsi, Sumqayıt və Gəncədə tətbiq edilməsi və ölkə üzrə yaradılacaq mərkəzlər arasında şəbəkənin yaradılması nəzərdə tutulur. Bakı SYSLAB Mərkəzi il ərzində 80 nəfər işaxtaran şəxsə iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirilməsi və s. mərhələlərdə dəstək göstərməklə onların əmək bazarına inteqrasiya imkanlarını genişləndirməyi planlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info