Gənclərə ekologiyanın qorunması ilə bağlı təlimlər keçiriləcək
Tarix: 23.10.2017 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Bakıda "Ekologiyanı qoruyaq, sağlam olaq" adlı layihəyə start verilib. Layihə Gənclər Fondunun maliyyə, Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Layihədə əsas kontingent 14-25 yaşarası gənclərdir. Layihə rəhbəri Fidan Əliyeva bildirib ki, sözügedən layihənin əsas məqsədi ekologiyanın qorunmasının vacibliyini gənclərə çatdırmaq və bunun üçün gənc nəsli maarifləndirməkdir: "Layihə çərçivəsində gənclər üçün 3 təlim nəzərdə tutulub. Təlimdə gənclərə maarifləndirici kitabça və bukletlər veriləcək. Aktiv gənclər isə sertifikatla təltif ediləcək. Çox istərdim ki, layihəm sizlər üçün əhəmiyyətli olsun". Təlimdə çıxış edən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Lalə Babayeva bildirib ki, bu cür layihələr gənclər üçün çox faydalıdır: "Ölkəmizdə ekologiyanın qorunmadı üçün xüsusi tədbirlər görülür. Lakin, təbii ki, bu tədbirlərə rəğmən yenə də problemlər var. Ancaq gənc nəsil bunun aradan qalxmasına çalışmalı və bu cür layihələri prioritet halına çevirməliyik".
Daha sonra ekologiya üzrə təlimçi Nərmon Qaralova gənclərə ekologiyanı qorumaq üçün zəruri məlumatlar verib. Təlim sual-cavablarla sona yetib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info