Ağdamda xalça istehsalı müəssisəsində tikinti işləri başa çatıb
Tarix: 23.10.2017 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən ölkəmizin bölgələrində xalça istehsalı müəssisələri inşa edilir. “Azərxalça” ASC-nin filiallarından biri də xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda yaradılır.
AZƏRTAC xəbər verir ki, filial üçün rayonun Quzanlı qəsəbəsində 1258 kvadratmetr ərazidə inşa edilən binada tikinti işləri yekunlaşıb. Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və satış salonundan ibarət olan müəssisə lazımi inventar, avadanlıq və xammalla təmin edilib. Binada istilik və müşahidə sistemləri qurulub. Müəssisənin həyətində abadlıq, yaşıllaşdırma işləri aparılıb, yerə asfalt örtük və tamet döşənib.
Filialda işləmək üçün Quzanlı qəsəbəsində “Azərxalça” ASC tərəfindən xalça toxucuları üçün tədris-hazırlıq kursları təşkil edilib. Tədris-hazırlıq kurslarına məcburi köçkün qəsəbələrindən və müxtəlif kəndlərdən 130 qadın cəlb olunub. Artıq onlardan 100 nəfərdən çoxu xalçaçılıq peşəsinə tam yiyələnib. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 160 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info