“The Jerusalem Post” “ASAN xidmət”-dən yazdı
Tarix: 24.10.2017 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Amerikalı jurnalist Nurit Qrinqerin “The Jerusalem Post” nəşrində “ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”” adlı məqaləsi dərc olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, Nurit Qrinqer ölkəmizə səfəri zamanı “ASAN xidmət” mərkəzində olub və məqaləsində Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə nadir yanaşma olduğunu qeyd edib.
Məqalədə mərkəzlərin vətəndaş və dövlət qulluqçusu arasında körpü rolu oynadığı, korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb. Hazırda mərkəzlərdə vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmətin təqdim olunduğu bildirilib. Həmçinin mərkəzlərin olmadığı regionlarda 10 avtobus və qatar vasitəsilə vətəndaşlara səyyar xidmətlərin göstərildiyi diqqətə çatdırılıb.
Müəllif “ASAN xidmət” modeli və onun uğurlarına da toxunub, 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək - 1-ci yerə layiq görüldüyünü xüsusi qeyd edib.
Eyni zamanda, məqalədə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyətindən də bəhs olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info