Amerikada növbəti qanlı hadisə
Tarix: 13.05.2013 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


ABŞ-da yenidən atışma: “Analar günü” şərəfinə təşkil edilmiş paradda ikisi uşaq olmaqla 19 nəfər yaralandı. Barak Obama silah satışı üzərində nəzarəti sərtləşdirməyə çalışsa da, Konqres buna qarşı çıxıb. Konstitusiya azad şəkildə silah sahibi olmağa zəmanət verir.
Amerikada, Yeni Orleanda keçirilən parad zamanı açılan atəş nəticəsində 19 nəfər yaralanıb. Bu barədə bazar günü şəhər polisi məlumat verib. Yaralılar arasında on yaşlı iki uşaq – 1 qız və 1 oğlan da var. Yaralılardan vəziyyəti ağır olan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Güllə yarası almış 12 nəfərdən 8-i xəstəxanadadır. Paradın daha bir iştirakçısı güllələrdən xilas olsa da, ağır travma alıb. “İTAR-TASS” xəbər verir ki, həkimlərin bildirdiyinə görə, yaralıların həyati təhlükəsi yoxdur.
“Assoşieytid Press” agentliyi isə bildirir ki, ABŞ-ın Federal Təhlükəsizlik Bürosu Yeni Orleandakı parad zamanı atışmanı terror aktı deyil, “küçə zorakılığı”kimi dəyərləndirir.
“Şahidlərin sözlərinə əsasən, atəş açanların 3 nəfər olduğunu müəyyən etmək mümkün olub. Paradda iştirak edən təntənəli yürüşün 300-400 nəfər iştirakçısına iki tipli odlu silahdan atəş açılıb”, - deyə Yeni Orleanın şef-polisi Ronal Serpas bildirib. O deyib ki, hələlik yalnız atəş açanlardan birinin 18-22 yaş arasında biri olduğu məlumdur. Asayiş keşikçisi bildirib ki, hazırda bütün şəhər polisi cinayətkarların axtarışı ilə məşğuldur. “Biz onları mütləq tapacağıq”, - deyə Serpas əminliklə söyləyib.
Qeyd edək ki, ABŞ-da oxşar hadisələr tez-tez baş verir. 2013-cü ilin aprelində bir nəfərin ticarət mərkəzində atəş açması nəticəsində iki qadın yaralanıb; Denvera parkında naməlum şəxs atəş açıb; mart ayında klubların birində musiqi albomunun təqdimatı atışma ilə başa çatmışdı; fevral ayında naməlum şəxs universitetin yataqxanasını atəşə tutmuşdu; gənc oğlan 3 nəfəri və özünü öldürmüşdü; yanvar ayında isə Texasdakı kolleclərdən birində iki gəncin mübahisəsi atışma ilə başa çatmışdı; Nyu-Meksiko ştatında yeniyetmənin atəş açması nəticəsində 5 nəfər ölmüşdü və daha “xırda” hadisələr.
ABŞ-da ən qorxulu kütləvi atəş hadisəsi isə 2012-ci ilin iyulunda Kolorado kinoteatrında Betmen haqqında filmin premyerası zamanı baş vermişdi. Həmin hadisə nəticəsində 12 nəfər ölmüş, 58 nəfər isə yaralanmışdı.
Ötən il dekabrında Konnektikut ştatında ibtidai sinfə açılmış atəş nəticəsində əsasən məktəblilərdən ibarət 27 nəfər ölmüşdü. Ölənlər arasında hətta hadisəni təşkil edənin anası da var idi. Bu hadisə qorxulu nəticələrə gətirib çıxartdı: belə ki, Yuta ştatında məktəbə silah gətirməklə Konnektikutdakı faciəni təkrarlamaq istəyən 11 yaşlı oğlan uşağı da həbs edilmişdi. Daha sonra isə sinif yoldaşlarına atəş açıb onu videoya yazmaq istəyən məktəbli də həbs olunmuşdu. Bütün bu hadisələrdən sonra güman edilirdi ki, ABŞ-da bunları nəzərə alaraq müəllimlərə işə silahla gəlməyə icazə veriləcək.
Kütləvi qətliamlar iki əks nəticəyə gətirib çıxartdı: bir tərəfdən, ABŞ-da silah əldə olunmasına ajiotaj tələbat müşahidə olunur. Digər tərəfdən, amerikalıların əksəriyyəti silah satışına nəzarətin sərtləşdirilməsini istəyir. Yanvar ayında Vaşinqtonda silah üzərində nəzarəti sərtləşdirmək tələbi ilə yürüş də keçirilmişdi. Lakin eyni zamanda ABŞ-da Konstitusiya azad şəkildə silah sahibi olmağa zəmanət verir.
Fevralda Barak Obama ABŞ Konqresini odlu silah üzərində nəzarəti sərtləşdirməyə çağırsa da, senat alıcıların kimliyinin yoxlanılması əleyhinə səs verdi.
Bununla belə, hələ yanvar ayında Nyu-York silah üzərində nəzarəti sərtləşdirmək barədə qanun qəbul edən ilk ştat oldu.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info