Əlillərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları keçiriləcək
Tarix: 24.10.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Bu ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu ay Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq.
Yarışların keçirilməsində məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana, o cümlədən stolüstü idman oyunlarına maraqlarının dolğun şəkildə təmin olunması, bu sahədə bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi, onlar arasında idmanın və sağlam həyat tərzinin təbliği, cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə yarışların təşkili üzrə Təşkilat Komitəsinin və Hakimlər Heyətinin tərkibi təsdiq olunub. Yarışların idmanın nərd, dama, şahmat, stolüstü tennis, qol güləşi (armrestlinq) növləri üzrə və iki mərhələdə - zona və final turnirlərindən ibarət olmaqla təşkil edilməsi müəyyən edilib. İlk zona türnirinin oktyabrın 27-də Xaçmaz rayonunda təşkil olunması nəzərdə tutulub. Zona turnirlərində fərqlənənlər IV Ümumrespublika yarışlarının final mərhələsində iştirak hüququ qazanacaq və 3 Dekabr-Beynəlxalq Əlillər günü ərəfəsində yarışların qaliblərinə mükafatlar təqdim olunacaq. Yarışlarda respublikanın ayrı-ayrı bölgələrində yaşayan və yarışlarda iştirak etmək arzusunda olan ümumilikdə 800 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edəcək.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə Ümumrespublika yarışları hər üç ildən bir təşkil olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info