“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində təlim keçirilib
Tarix: 24.10.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri və kənd təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırıb.
Təlim müddətində iştirakçılara Global G.A.P standartı barədə, Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsü, standartın tətbiqindən əldə olunan üstünlüklər, Global G.A.P – sənədlərin “Modul bazası”nın tətbiqi ilə bağlı məlumatlar verilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, bu təlim vasitəsilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycanda həyata keçirilən ixrac missiyalarının keyfiyyətinin artırılması istiqamətində ixracatçı sahibkarların maarifləndirilməsi layihəsinə start verilib. Layihə çərçivəsində ixracatçı sahibkarlar standartlaşma sahəsində yeni informasiyalar qazanacaq, xarici ticarətdə qəbul olunmuş beynəlxalq standartların üstünlükləri haqqında yeni biliklər qazanacaq. “Xüsusilə, Azərbaycanın ixracatında kənd təsərrüfatı və qida məhsullarının sürətlə artdığını nəzərə alsaq, qida təhlükəsizliyi ilə bağlı bu standartlar həmin sahibkarlara yeni bazarlar açacaq, yeni müştərilər qazandıracaq. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yalnız sahibkarlara sənədlərin qısa müddətdə verilməsi ilə kifayətlənmir, həmçinin ölkənin ixrac siyasətinin müasir standartlara cavab verməsi istiqamətində sahibkarlar arasında maarifləndirmə işləri aparılır",- deyə mərkəzin meneceri bildirib.
TÜV Avstriya Azərbaycan şirkətinin baş direktoru Mustafa Perçinçek əlavə edib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birlikdə Azərbaycanda belə bir tədbirin reallaşdırılması əlaqələrin möhkəmlənməsi, eləcə də sahibkarlara dəstək üçün çox uğurlu bir addımdır. Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirici seminarların davamlı olaraq təşkil edilməsi haqqında artıq ilkin razılıq da əldə edilib.
Təlimin təlimatçısı TÜV Avstriya Azərbaycan şirkətinin təlimçisi Rəna Muradovadır.
Qeyd edək ki, müxtəlif ixracatçı şirkət, sahibkar və bank nümayəndələri daxil olmaqla təlimdə 20-dən artıq şəxs iştirak edib. Birgünlük təlimin sonunda iştirakçılara İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkətinin birgə sertifikatı təqdim olunub.
Tədbir iştirakçıları həmçinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olublar. Onlara Mərkəz barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info