Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olublar
Tarix: 24.10.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinlərinin səfər proqramı başa çatıb. Fonddan verilən məlumata görə, valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı qonaqlara Heydər Əliyev Muzeyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, Azərbaycan tarixi və incəsənəti barədə ətraflı məlumat verilib. Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında", "Kukla incəsənətdə", "Modernizm və Moda" sərgiləri də onlarda xoş təəssürat yaradıb. Moskvalı qonaqlar üçün İçərişəhərə də gəzinti təşkil edilib. Burada onlar Şirvanşahlar Sarayına səfər edib, Qız Qalasının tarixi ilə tanış olublar. Yeniyetmələr Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin sakinləri ilə birlikdə müxtəlif dərnəklərə qatılıblar. Rəqs, musiqi, rəsm və digər sahələrdə məşğələlərdə iştirak ediblər. Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzinə də səfər edib. Uşaqlar mərkəzin iş şəraiti, heyvanlara qayğı üzrə görülən işlərlə tanış olublar. Azərbaycana səfərlərinin sonunda isə Qubaya və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər. Moskvalı uşaqlar Quba Soyqırımı Memorial Kompleksinə gedib, Qubanın turizm məkanları ilə tanış olublar, Qobustan qayaüstü rəsmlərinin tarixi barədə məlumat alıblar. Onlar Azərbaycana ilk səfərlərinin çox yaddaqalan olduğunu, belə gözəl məmləkətə yenidən gəlməyi arzuladıqlarını deyiblər. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin avqust ayında Bakının uşaq evlərinin sakinləri də Rusiya paytaxtında olublar. Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu layihə isə uşaqların səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info