Jurnalistlər “Aura”da kallanetika dərsində iştirak etdilər
Tarix: 13.05.2013 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


12 may 2013-cü il tarixində jurnalistlər “Aura” sağlamlıq mərkəzində keçirilən kallanetika dərsində iştirak etdilər. Dərsi bu sahədə peşəkar məşqçi Nailə Canaşvili apardı. Otelin Əməliyyat şöbəsinin meneceri Kemal Diler bildirdi ki, kallanetika –formaca sakit gimnastikadır. Bu idman növü yüksək effektiv olaraq əzələlərin dartılmasına, çəkinin və bədən ölçülərinin azalmasına kömək edir. Orqanizmin immun sistemini fəallaşdırır. Bu, olduqca effektiv məşqlər proqramı olub, bədənlə şüur arasında ahəngdar balans yaratmağa kömək edir, əla fiziki formaya sahib olmağa, konsentrasiyanı inkişaf etdirməyə və zədələrin qarşısını almağa imkan verir. Kallanetika bütün əzələlərin hərəkətini əhatə edən gimnastikadır ki, bu zaman şeypinq və aerobikada iştirak etməyən əzələlər də işə düşür. Kallanetika ilə hər yaşda və fiziki hazırlığın hər səviyyəsində olan xanımlar məşğul ola bilərlər. Fitnesin və mürəkkəb fəal rəqs növlərindən daha çox ciddi, sakit məşğələlərə üstünlük verənlər üçün daha çox yararlıdır.
“Aura” sağlamlıq mərkəzində kallanetika dərsi həftədə iki dəfə aparılır. “Aura” sağlamlıq mərkəzindən abonement əldə etməklə dərslərdə iştirak etmək mümkündür. Həftə içi qadınlar üçün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxt ərzində fitnes mərkəzindən, açıq və qapalı hovuzdan, sauna, buxar və cakkuzidən, idman dərslərindən istifadə etmək üçün bir aylıq abunə qiyməti 260 AZN, 3 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunəqiyməti 1175 AZN təşkil edir. “Excelsior Hotel Baku” otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

İLKIN




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info