Tədqiqat universitetlərinə dövlət tərəfindən maddi yardım göstəriləcək
Tarix: 24.10.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


"Elm haqqında" qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək". Bunu təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilmələri nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə nazir qeyd edib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Təhsil naziri bildirib ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz çəkiyə malikdir.
M. Cabbarov bu gün magistratura və doktorantura səviyyəsi üzrə mövcud olan problemə də toxunub: "Bu gün ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir. Belə yanaşma isə son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir. Ölkə başçısının 2016-cı ildə verdiyi sərəncamla magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi elm və təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ali təhsilin fasiləsizliyinin təmin edilməsi həm gənclərin elmi fəaliyyətinin stimullaşdırması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Artıq ilkin müsbət nəticələr var. 2017-2018-ci tədris ili üzrə magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib. Başqa sözlə, 74 faiz artıb. Ümumilikdə bu il magistraturaya sənəd verənlərin sayı əvvəlki illə müqayisədə 46 faiz azalsa da, qəbul olunanların sayı 36 faiz artıb. Bu fakt magistraturaya qəbulda keyfiyyət göstəricilərinin yüksəlməsindən, başqa sözlə desək, bakalavr pilləsini bitirənlər arasından daha yüksək bilik və bacarıqlara malik olanların magistraturaya üz tutmasından xəbər verir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info