“Azərbaycan əleyhinə səs verən ukraynalılar müxalifət ritorikası üzrə ixtisaslaşan parlamentarilərdir”
Tarix: 24.10.2017 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Ukrayna arasında dostluq və tərəfdaşlıq münasibətlərini heç bir qüvvə poza bilməz, strateji məsələlərdə bizim mövqelərimiz eynidir. Biz azərbaycanlı həmkarlarımızı dəstəkləməkdə davam edəcəyik.
Bu fikri Ukrayna Ali Radasının bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul olunan qərəzli qətnamələrin lehinə səs vermələrini AZƏRTAC-a şərh edərkən Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.
M.Kuryaçiy bildirib ki, Azərbaycan və Ukrayna, ilk növbədə, qarşılıqlı şəkildə ölkələrin dövlət suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“AŞPA-nın sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin lehinə Ukrayna nümayəndə heyətindən cəmi bir neçə deputat səs verib. Həmin deputatlar isə Ali Radada çoxluq təşkil edən koalisiyanın üzvləri deyil və müxalifət ritorikası üzrə ixtisaslaşan parlamentarilərdir”, - deyə M.Kuryaçiy əlavə edib.
Ali Radanın deputatı hesab edir ki, həmin parlamentarilərin bu mövqeyi ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlərdə gərginlik yaratmayacaq.
“AŞPA-da hakimiyyətə müxalifətdə olan deputatlar da var. Azərbaycanın əleyhinə səs verən Ali Rada nümayəndələri daxili siyasətdən qaynaqlanaraq bu addımı atıblar. Antiazərbaycan qətnaməsinə səs verən Ukrayna deputatlarının mövqeyi Ukrayna dövlətinin rəsmi mövqeyini əks etdirmir. Onlar yalnız Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifadə edirlər”, - deyə M.Kuryaçiy vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info