Birinci vitse-prezident həmişə sənət insanlarına qayğı göstərir
Tarix: 24.10.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artisti Könül Xasıyevaya mənzil hədiyyə olunub.
Xalq artisti Könül Xasıyeva Trend-ə açıqlamasında böyük sevinc hissi keçirdiyini və Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:
“İlk növbədə, bizim çox hörmətli dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz ailəmiz adından, muğamsevər xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Bunu təkcə mənə yox, Azərbaycan milli musiqisinə verilən dəyər kimi qiymətləndirirəm. Çox hörmətli Mehriban xanım həmişə sənət insanlarına qayğı göstərib. Hər zaman bunun şahidi olmuşuq. Bu gün də eyni sevinci mən yaşadım”.
K.Xasıyeva qeyd edib ki, ona verilən mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.
Xalq artisti deyib ki, mənzil 110 kvadratmetr olmaqla üç otaqdan ibarətdir: “Mənzil tam təmirlidir, bütün mebel və məişət əşyaları ilə təchiz olunub. Mənim üçün ən xoş o oldu ki, mənzil ulu öndərin adını daşıyan prospektdə, ulu öndərimizin adını daşıyan mərkəzin lap yaxınlığında yerləşir”.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info