Yasamalda daha 7 qəzalı bina sökülüb yenidən tikiləcək
Tarix: 24.10.2017 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


2020-ci ilədək Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan daha 7 yaşayış binası mərhələli şəkildə sökülüb yenidən tikiləcək.
Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq 11 belə binanın – Abbas Mirzə Şərifzadə, 33, 86, 122, Akim Abbasov, 3, İsfəndiyar Zülalov, 19, Məhəmməd Naxçıvani, 25, Süleyman Dadaşov küçəsi, 568-ci məhəllə, 16/33, 15/42, 13/38, Zahid Xəlilov küçəsi, 568-ci məhəllə, 14/40, 18/46 ünvanlarındakı qəzalı evlərin yerində tikinti işlərinə başlanılıb. Qəzalı binaların sakinləri kirayə evlərə köçürülüb, sakinlərə kirayə evlərə görə yeni mənzillərə köçənədək vəsait ödənilməsi təmin edilib.
Bundan başqa, Zahid Xəlilov küçəsi, 30, 32, 34 nömrəli qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının yerində 2 girişli binanın, Zahid Xəlilov küçəsi, 48 A və Əbdürrəhimbəy Haqverdiyev küçəsi, 2 nömrəli istismar müddəti başa çatmış binaların yerində 3 girişli binanın tikintisinə artıq icazə verilib. Həmçinin Abbas Mirzə Şərifzadə 162 və 174 nömrəli evlərin, İsmayıl bəy Qutqaşınlı, Kazım Kazımzadə və Ayna Sultanova küçələrinin və Abbas Mirzə Şərifzadə, Nazim Hikmət və Xıdır Mustafayev küçələrinin əhatə etdiyi ərazidə istifadə müddəti başa çatmış fərdi yaşayış evlərinin yerində yeni yaşayış binalarının layihələndirilməsinə icazə verilib. Artıq Zahid Xəlilov küçəsi, 30, 32 və 34, Abbas Mirzə Şərifzadə küçəsi, 162 və 174 nömrəli evlərdən sakinlərin köçürülməsi başa çatdırılıb.
Ümumilikdə tikilməkdə olan və layihələndirilən 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi evin, cəmi 1049 mənzil və fərdi evin sökülərək yeni layihələr üzrə 303 422 kv.m ümumi sahəsi olan 3382 mənzilin tikilməsi nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info