Daha 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib
Tarix: 24.10.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilkin start qiymətindən daha yüksək qiymətə özəlləşdirilib. Ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olmasına baxmayaraq ən son 5 min 500 manata özəlləşdirilib. Qeyri-yaşayış sahələrindən 2-i paytaxtın Suraxanı, 2-i Sabunçu digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarında yerləşir.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Sumqayıt və Naftalan şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisəsiləri sənaye sahəsində əlverişli hesab edilir. Ümumi faydalı sahəsi 105,3 kv.m olan Naftalan qənd istehsalı müəssisəsi bu kateqoriyaya aiddir. Sumqayıtda yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsinin ümumi faydalı sahəsi 78,8 kv.m təşkil edir.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 31-də keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info