Bakı Şəhəri Təhsil İdarəsi işçi axtarır
Tarix: 24.10.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edib.
İdarədən verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər.
Müvafiq tələblərə uyğun gələn namizədlər oktyabrın 28-dək müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.
Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.
Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info