ADPU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
Tarix: 24.10.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I tədris ili tələbələri üçün Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Səfər Məmmədov bildirib ki, “BİR” Tələbə-Könüllü Proqramı iki ildir ki, fəaliyyət göstərir. Bu proqram ölkəmizin 36 ali və orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərir, 20 mindən çox tələbəni əhatə edir. Proqramla bağlı 250-dən çox tədbir keçirilib.
Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasov çıxış edərək bildirib ki, bu proqram ölkədə vahid tələbə könüllü bazasının yaradılması, könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər b[yük rol oynayırlar. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirak etməsi, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq bacarığı, stressə davamlılığı, qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olması, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, yenilikçiliyi, işgüzar etiket haqqında məlumatlılığı, müxtəlifyönümlü ictimai işlərdə təcrübəyə malik olması, rus və ingilis dillərini bilməsi daxildir. Proqramla bağlı bir çox universitetlərdə tədbirlər keçirilir. Bu proqram könüllü tələbələrə Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə də iştirak etmək imkanı verir.
Tədbirdə “BİR” Tələbə-Könüllü Proqramının ADPU üzrə koordinatorları, Riyaziyyat və informatika fakültəsinin III tədris ilinin tələbəsi Aynur Alıyeva, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin II tədris ili tələbəsi Nərmin Məmmədli çıxış edərək proqramın gənclərin sosial fəallığının artmasına səmərəli təsir göstərdiyini bildiriblər və tələbələri könüllü olmağa çağırıblar.
Təqdimatda əyləncəli videoçarxlar nümayiş etdirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
3 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
4 “Azərbaycan öz məmləkətimizdir“
5 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info