Patrul robotu sınaqdan keçirilib
Tarix: 24.10.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Pekin yol polisi sürətli şosedə qanunsuz parklanma və təcili xidmətlər üçün zolaqla sürmə kimi yol hərəkəti qaydalarının pozulmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan patrul robotunu sınaqdan keçirib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, qurğu Pekinin “Şoudu” Beynəlxalq Aeroportuna aparan sürətli avtomobil yolunda test edilib. Çamadan ölçüsündə və çəkisi 20 kiloqrama yaxın robot ayırıcı xətdə fəaliyyət göstərib. Pekin Yol Hərəkətinin Tənzimlənməsi İdarəsindən verilən məlumata görə, o, batareyası enerji ilə tam doldurulmaqla 5-8 saat işləyə bilir.
Məlumata görə, robot polis qanunsuz parklanmanın və təcili xidmətlər üçün zolaqla sürmənin foto və video çəkilişlərini apararaq onları polisə göndərir. Bundan başqa, yol-nəqliyyat hadisələrinə görə yolda tıxacın yaranması zamanı robot qəza yerinə tez gələrək fotoşəkilləri polisə yollayır. O, həmçinin nəqliyyat vasitələrinə yolda tıxaclar yarandıqda, yol-nəqliyyat hadisəsi baş verdikdə, yol təmiri işləri aparıldıqda və pis hava şəraitində səsli xəbərdarlıq göndərə bilir.
Pekin yol polisi belə robotlardan yol hərəkəti qaydalarının pozulması ilə mübarizəni sərtləşdirmək və yolda təhlükəsizliyi təmin etmək məqsədilə digər sürətli şoselərdə də tətbiqini planlaşdırır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info