“Qərbdəki imperialistlərin sözünə qulaq asıb, uduzmayanlar yoxdur”
Tarix: 24.10.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


“Viza böhranından emarqoların genişləndirilməsinə, terrorçuların himayə edilməsinə qədər ortaya qoyulan münasibət Türkiyənin doğru yolda olduğunu təsdiqləyir. Məsələn, buna nümunə strateji ortağımız ABŞ-dır. Dəfələrlə müzakirə aparmağımıza baxmayaraq, ABŞ Suriyada Rakka əməliyyatını PKK terror təşkilatının bətnindən ayrılmış uşağı olan PYD/YPG ilə birgə aparır”.APA

NTV -nin verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

R. T. Ərdoğan “İŞİD” terror təşkilatından azad edilən Suriyanın Raka şəhərində PKK terror təşkilatının bayraqlarının asılmasına diqqət çəkib: “PYD/YPG-nin PKK olmadığını bəyan edən ABŞ Rakkada PKK-nın nəhəng bayraqlarının asılmasını nə ilə izah edəcək? Biz söylədik, inanmadın, artıq televiziya ekranlarında bütün gerçəkliklər ortadadır. Rakkada cinayət üstündə yaxalananda deyirlər ki, Öcalan hörmətə layiq insan deyil. Bu, ABŞ kimi demokratik ölkəyə yaraşırmı? ABŞ bölgəyə 3 min 500 yük maşını ilə silah və texnika göndərib. Bu silahlar Rakka əməliyyatında istifadə edildi? Bu silahların harada saxlandığını da bilirik, bunu yaxşı bilin. ABŞ-ın gücü onun bir neçəsi heç ABŞ-da olmamış 13 mühafizəçi barədə həbs qərarı çıxarmağa, 6 dəfə ABŞ-da olmuş bank müdirinin müavinini 7-ci dəfə həbs etməyə, bir vətəndaşımızı həbsdə saxlayıb, etirafçıya çevirməyə çalışmağa yetir. Bu proseslər başa çatan zaman biz dünyanı ayağa qaldıracağıq. Bunların da hamısını açıqlayacağıq”.

Türkiyə prezidenti İraq və Suriya xalqına müraciət edib: “Bu günə qədər Qərbdəki imperialistlərin sözünə qulaq asıb, uduzmayanlar yoxdur. Sabah hər şey bitdiyi anda, hamı evinə dönəndə bu qədim coğrafiyada türklər, ərəblər və kürdlər baş-başa qalacağıq, xeyir və şərimizi paylaşacağıq. Bu gün Suriyanın 25 faizi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin, 10 faizi “İŞİD”in nəzarətindədir. Rusiyanın dəstəyinə baxmayaraq, Suriya rejimi ölkə ərazisinin yarısına da nəzarət etmir. Müxalifət isə 20 faiz əraziyə nəzarət edir. Belə parçalanmış Suriya kmi lazımdır? Bu gün Suriyanın Deyr-Zor bölgəsində neft yataqlarını kim işğal edib? PYD/YPG terror təşkilatı. Kimin sayəsində işğal edib? Hər kəsə məlumdur”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info